“Uğurlarımız Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir” ÖZƏL-MÜNASİBƏT

“Uğurlarımız Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan artıq güclü orduya malikdir və həm ordunun madd-texniki bazasının yüksək olması, həm də orduda ruh yüksəkliyi təbii ki, xalqın öz ordusuna inamı və dəstəyi praktik olaraq Ermənistanın Tovuz istiqamətindəki təxribatının qarşısının alınmasına imkan verdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət Vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq hesabatlarda da dünyanın güclü orduya malik olan ölkələrindəndir və nəzərə almaq lazımdır ki, bizim ordumuz dünyanın güclü orduları siyahısında ilk əlliliyə daxildir.
“Biz beynəlxalq aləmdə də uğurları müşahidə edirik və təbii ki, ABŞ-da son qəbul edilən sənəd də məhz bundan xəbər verir. Sözsüz ki, bütün bunlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir. Əslində, diqqət yetirsək Azərbaycan Prezidenti həm ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, bütövlükdə hərbçilərin, eləcə də şəhid ailələrinin sosial, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi və şəxsən diqqət ayırır. Eyni zamanda təbii ki, daxildəki islahatlar fonunda xarici siyasətdəki qeyd olunan uğurlar da Cənab Prezidentin rəhbərliyi ilə reallaşan siyasətin nəticəsi olaraq xarakterizə olunur. Bu baxımdan əslində biz iyul ayında bir tərəfdən Ermənistan təxribatının qarşısının alınmasını müşahidə etdik, ordumuz öz gücünü bir daha nümayiş etdirdi, eyni zamanda təbii ki, xarici siyasətdə uğurlar əldə etdik. Etiraf etmək lazımdır ki, Birləşmiş Ştatlarda qəbul edilmiş sənəd xarici siyasətdə son illərin ən ciddi uğurlarından biri kimi xarakterizə olunmalıdır. Çünki, bu, xüsusən nəzərə alsaq ki, əvvəlki dövrlərdə biz bəzi qurumlar tərəfindən ikili yanaşmalar müşahidə edirdik, amma azərbayvan diplomatiyası Vaşinqtonda belə bir sənədin qəbul edilməsinə şərait yaratdı və bu təbii ki, uğurdur. O baxımdan birmənalı şəkildə Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlar ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə