“Dövlətimiz vətəndaşımızın yanındadır” ÖZƏL-MÜNASİBƏT

“Dövlətimiz vətəndaşımızın yanındadır” ÖZƏL-MÜNASİBƏT

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqe¬lərimizə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə zərbə endirilməsi və bu zərbə sonucunda Azərbaycan hərbçilərinin, mülki vətəndaşımızın həlak olması, yaralanması, habelə mülki obyektlərə, vətəndaşlara məxsus evlərə, təsərrüfata və s. dəymiş ziyan gündəmdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

O, xatırladıb ki, bu diqqət bütün parametrlər və bütün səviyyələrdə, həm dövlət, həm xəlqi səviyyədə öz parlaq təcəssümünü gösərir.

“Tovuzda baş verən hadisələr bir daha Ermənistanın alçaqlığını, digər insanlıq dışı hərəkətlərini təsbit etdi, eyni zamanda, iqstisadi imkanlar arasındakı fərqi də üzə çıxarmaqdadır. Məhz iqtisadi imkanlar heabına yeni silahlar almışıq və onların az bir hissəsi də olsa, Tovuz istiqamətində düşmənin dərinliklərdəki hərbi obyektlərinin sıradan çıxarılması zamanı uğurla tət¬biq olunub. Çağdaş tələblərə cavab verən zabitlərin yetişdirilməsi də iqtisadi imkanların başqa bir ifadəsidir. Düşmən bu və bənzəri işləri ya yerinə yetirə bilmir, ya da başqa dövlətlərin hesabına edir və o halda, hansısa öhdəliklərə getdiyi şübhəsizdir. Bu şübhəsziliyin ən ümumiləşmiş ifadəsi “forpostluq”dur ki, Ermənistanın forpost ölkə olduğu beynəlxalq səviyyədə də qəbul görmüş bir gerçəklikdir. Və bu yerdə, Tovuz və Tavuşda bu günlərdə infrastruktur ob¬yektlərində hansı təmir-bərpa işlərinin görüləcəyi, hərbçilər, hərbi obyektlərlə bağlı, iqtisadi imkanlara dayanan nə kimi addımların atılacağı da maraq doğurur. Hələlik, düşmən tərəfdə bu istiqamətdə nominalaltı hərə¬kətlərdən savayı hansısa parlaq iş bizə bəlli deyil. Lakin Azərbaycan Prezidenti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu in¬tensiv atəşə tutması sonucunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur ob¬yektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haq¬qında Sərəncamını bilirik. Onu da bilirik ki, 2016-cı ilin aprelindən və başqa uyğun hasidələrdən sonra meydana çıxmış təcrübələr də unudulmayıb.
Beləliklə, düşmənin Tovuzda mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın hesablanması və aradan qaldırılması məqsədilə verilmiş Prezident Sərəncamında, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müvafiq tap¬şırıqlar verilib.
Sərəncamın icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər, ekspertlər cəlb edilib. Qeyd edək ki, əsas ziyan, Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü olmaqla 6 kəndə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Düşmənin intensiv artilleriya atəşi sonucunda dövlət əmlakına da zərər dəyib ki, bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunub. Ziyan dəymiş infrastruktur və evlər tez bir zamanda bərpa olunacaq, həyat öz axarına dönəcək.
Bütün bunlar nəyin ifadəsidir? Bir daha görürük ki, dövlətimiz vətəndaşımızın yanındadır, özü də yubanmadan və yanarürəklə…
Onu da deyək ki, Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları da dərindən öyrənilir, onların həlli istiqamətində gərəkli addımlar atılır. Dövlət başçımızın tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildiyi ictimaiyyətimizə məlumdur. Mehriban xanım Əliyevanın Tovuz istiqamətində şəhid olan hərbçilərimizlə bağlı Heydər Əliyev Fonduna müvafiq tapşırıq verdiyini də bilirik. Şəhid hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun diqqət-qayğısı ilə nəzarətdə olacaq.
Ümumən, dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda “A”-dan “Z”-yə heç nəyi unutmur, döyüşənləri, canını fəda edənləri yaddan çıxarmır, onlara, ailələrinə həssaslıqla yanaşır, əhaliyə dəymiş ziyanı aradan qaldırır, infrastrukturu bərpa edir.
Bir sözlə, vətəndaşlarımızın, qəhrəman hərb¬çilərimizin arxasında güclü Azərbaycan döv¬ləti dayanır. Müstəqil dövlətimiz vətəndaşlarımızın təhlükəsiz yaşamasının qarantıdır. To¬vuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Ən böyük sevincimizsə, Tovuzun Ağdam kəndindən Ağdam şəhərinə, Tovuzun Qarqayasından Qarabağımıza görünən və inanılan qələbə yollarına bağlıdır!
Dövlətimiz zaval görməsin!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə