MTN-nin departament rəhbəri: “Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır”
"Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır". SİA-nın xəbərinə görə, bunu Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib. Departament rəhbəri virtual məkanda daha çox rast gəlinən qanun pozuntularına toxunub: "Bank maliyyə fırıldaqçılıqlarının törədilməsi hallarında da artım müşahidə olunub. Bu əsasən elektron pul köçürmələrində özünü büruzə verir. Çünki şirkətlərin maliyyə sənədlərinə müdaxilə etməklə onlara cavabdeh şəxs adından çıxarış edərək elektron ünvanlardan istifadə etməklə cinayət törədilir. Ən çox isə plastik kartların qanunsuz əldə edilməsi halları çoxalıb. Eyni zamanda çirkli pulların yuyulması ilə bağlı cinayət işlərinin sayında artım var. Belə ki, bunlıar adətən virtual aləmdə əmlak fırıldaqçılığı ilə bağlıdır. Hüquq mühafizə orqanlarına yalan olaraq terrorla bağlı məlumat verənələrin də sayı artıb. Eyni zamanda təhlükəli proqramlar, DOS-hücumların təşkili, bank fırıldaqçılıqlarına dair cinayətlər, əsasən, qanunsuz elektron pul köçürmələri, internetdə dezinformasiyanın yayılması, pornoqrafik materialların yayımlanması, terrorçuların silahlanmasına dəstək məqsədilə saytların yaradılması və s. cinayətlərdir".
MTN-nin departament rəhbəri terrorçuları dəstəkləyən saytlara qarşı mübarizəyə də toxunub: "Bu kimi saytları bağladıqdan sonra onlar başqa ölkələrin serverlərində fəaliyyət göstərməyə başlayırlar. Buna görə də belə təzahürlərlə mübarizə üçün beynəlxalq səviyyədə tədbirlərin görülməsi zəruridir. Bu kimi məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi öz növbəsində bu mübarizənin təşkilində digər dövlət strukturları və özəl sektorla aktiv əməkdaşlıq edir".
Kərim Kərimovun sözlərinə görə, kibercinayətkarlıqla mübarizə transmilli xarakter daşımalıdır və bu kimi problemlərə kompleks şəkildə yanaşmaq lazımdır: "Azərbaycan kibercinayətkarlığa nəzarət üçün hüquqi baza formalaşdırmaqda davam edir. Beynəlxalq təcrübəni öyrənərək 2002-ci ildə Azərbaycan Cinayət Məcəlləsinə kompüter cinayətkarlığı ilə bağlı 3 yeni maddə əlavə edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB