Ərdoğan: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb"

Ərdoğan: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb"

Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub. Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona yaxın yük daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə