Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Boston və Çikaqoda Qarabağa dəstək olaraq aksiya keçiriblər. Aksiyanın görüntüləri Amerikanın müxtəlif televiziya kanallarında da nümayiş etdirilib. SİA-ya verilən məlumata görə, dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər Qarabağın Azərbaycana aid olduğunu və Ermənistanın işğalçı olduğunu deyərək, aqressora öz nifrətlərini bildirirlər.
Müraciətdə deyilir:
"Salam dünya. Biz istəyirik ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı həqiqətləri bütün dünyaya nümayiş etdirək. Yalnız indi deyil, Azərbaycan xalqı daima işgəncələrə məruz qalıb, təcavüz edilib və Azərbaycanın ərazi bütövlüyü ermənilər və Sovet İttifaqı tərəfindən dəfələrlə pozulub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələri ilə Kəlbəcər, Ağdam, Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan da daxil olmaqla bütün Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu, sənədlərləı təsdiq edilib. Ədalət istəyirik.
Səssiz qalma. Haqsızlıq olan yerdə bitərəfsənsə, deməli zalımın tərəfindəsən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB