“Təxribatın Ermənistan tərəfindən törədilməsi ilə bağlı hər hansı bir şübhə yoxdur” ÖZƏL-MÜNASİBƏT
Aydındır ki, Ermənistan təxribat törətdikdən sonra öz əməllərini beynəlxalq ictimaiyyətə və beynəlxalq qurumlara fərqli formada təqdim etməyə çalışdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, təbii ki, Ermənistanın üzv olduğu quruma və ya qurumlara müraciəti də, həmin müraciətə münasibət də ondan xəbər verir ki, Ermənistanın ikiüzlülüyü, eyni zamanda təxribatı əslində, beynəlxalq qurumlar tərəfindən başa düşülür. Bu istiqamətdə verilən rəylər də ondan xəbər verir ki, təxribatın Ermənistan tərəfindən törədilməsi ilə bağlı hər hansı bir şübhə yoxdur.
“Məsələ ondan ibarətdir ki, Paşinyan hakimiyyəti hazırda Ermənistan daxilindəki sosial-iqtisadi problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır həm də. Çünki nəzərə alsaq ki, Ermənistanın rəsmi statistikasında hər dörd nəfərdən biri yoxsuldur, beynəlxalq hesabatlarda bu rəqəm hər üç nəfərdən biridir, eyni zamanda rəsmi statistikaya görə, əhalinin hər beş nəfərdən biri, yəni 20 faizi işsizdir, beynəlxalq statistikaya görə hal-hazırda hər dörd nəfərdən biri işsizdir və bu da ondan xəbər verir ki, həm yoxsulluq, həm də işsizlik səviyyəsinin artması fonunda Paşinyan hakimiyyəti belə təxribatlar törətməklə mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır. Amma aydındır ki, bu tip addımlar strateji xarakter daşıya bilməz və nəticə etibarı ilə Ermənistan təxribatına Azərbaycan Ordusunun layiqli cavabı və eyni zamanda bizim vətəndaşlarımızın nümayiş etdirdiyi vətənpərvərlik də bir daha təsdiq edir ki, Azərbaycan Ordusu istənilən bu tip təxribatlara cavab vermək imkanına malikdir və Ali Baş Komandanın əmri ilə təbii ki, ordumuz işğal olunmuş torpaqlarımızı geri almağa qadirdir. Sözsüz ki, xüsusən də son günlər nümayiş olunan vətənpərvərlik və vətəndaşlarımızın könüllü şəkildə səfərbərliyə müraciət etməsi, könüllü şəkildə qeydiyyatdan keçməsi ondan xəbər verir ki, nizamlı ordunu dəstəkləyən vətənpərvər xalqımız var və bu bir daha ordu-xalq-dövlət birliyinin nümayişidir”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB