Meksikanın şimalında yerləşən kömür şaxtasında metan qazının partlaması və uçqun nəticəsində 3 şaxtaçı ölüb, 11-i yerin altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayışın baş verdiyi şaxta Meksikanın ABŞ-la sərhədində yerləşən Koauila ştatındadır. Hadisə yerində xilasedicilər işləyir. Hələlik şaxtaçılarla əlaqə yaratmaq mümkün olmayıb. Lakin Meksikanın əmək naziri Xavyer Lozano vəziyyətin kritik olduğunu dilə gətirib.
Qeyd edək ki, Meksikanın bu regionunda 2006-cı ildə baş vermiş partlayışda 65 şaxtaçı həlak olub.
Qeyd edək ki, Meksikanın bu regionunda 2006-cı ildə baş vermiş partlayışda 65 şaxtaçı həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB