Sərhəddə Ermənistan tərəfindən törəfilən təxribata nəinki tərəflər, hətta qonşu dövlətlər də biganə deyil və göründüyü kimi hər birini ayrı-ayrılıqda narahat edir. Türkiyənin ölkəmizi müdafiə etdiyi, Azərbaycanın mövqelərini dəstəklədiyi günün reallığıdır və qardaş ölkənin bu dəfə də qardaşlıq münasibətləri təkcə vətəndaşlarımız üçün yox, hər kəs üçün sirr deyil. Bu münasibətlərin tarixi kökləri var və hər zaman olduğu kimi yenə də Türkiyənin Azərbaycanın haqq işini müdafiə edəcəyinə kimsənin şübhəsi ola bilməz.
Məsələ burasındadır ki, bir çoxlarını, ələlxüsus ermənilərin özlərini də maraqlandıran odur ki, Rusiya müharibədə Ermənistanı müdafiə etməlidirmi? Yaxud, Rusiya müharibə olarsa, Ermənistanı müdafiə edəcəkmi? Hətta Rusiyalı ekspertlərin özləri də etiraf edirlər ki, Rusiyanın köməyi olmasa Ermənistan hansı çətin duruma, hansı acınacaqlı vəziyyətə düşə bilər. Etiraf olunur ki, Rusiyanın köməyi olmadan Ermənistan Azərbaycanın istər hərbi, istərsə də iqtisadi gücü qarşısında dayana bilməyəcək. Ekspertləri o da düşündürür ki, görəsən Ermənistanı Rusiya ümumiyyətlə müdafiə etməyə borcludurmu? Yaxud, sual belə qoyulur ki, Ermənistanın Qərb yönümlü olması müqabilində Rusiyanın köməyinə ümid etməyə haqqı çatırmı?
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və Rusiya Federasiyasının rolu barədə "Vzqlyad" qəzetində məqalə dərc olunub. Məqalədə Ermənistan-Azərbaycan sərhəddində baş verən, daha doğrusu Ermənistan tərəfindən törədilən təxribat sayəsində yaranan gərgin vəziyyət, döyüş ekspertlər tərəfindən müzakirə və şərh olunur. Bir çox ekspert qeyd edir ki, Zaqafqaziyada yeni bir hərbi böhran qaçılmaz olaraq təkcə Türkiyəni deyil, qonşu respublikaları, o cümlədən Rusiyanı da özünə cəlb edəcək. Eyni zamanda etiraf da olunur ki, hazırda rəsmi Moskva ilə İrəvan arasında siyasi münasibətlərin olduqca soyuq olduğu bir şəraitdə Rusiyanın Ermənistana yardım edəcəyi, yaxud müdafiə edəcəyi hədsiz dərəcədə paradoksal görünür.
Göründüyü kimi, Ermənistan hakimiyyətinin, ələlxüsus hakimiyyəti iki il bundan öncə zəbt edən Paşinyan komandasının Qərb yönlü olduğu, Rusiya əleyhinə rusofob mövqeyi Rusiyada açıq-aşkar görünür, bilinir və ekspertlər bunu rəsmi Moskva ilə İrəvan arasındakı soyuq münasibət kimi xarakterizə edirlər. Bu fakt özü-özlüyündə təsdiq edir ki, ekspertlər özləri də Ermənistanın Rusiyanın yardımına göz dikməsini ağılsızlıq hesab edirlər.
Rusiyaya məxsus sözügedən qəzet yazır ki, Rusiya bölgədə yaranan vəziyyətdən narahat olduğu üçün tərəfləri atəşkəsin bərpa edilmənə çağırır. Amma o da qeyd olunur ki, Moskvanın atəşkəsə çağırışları qüvvəyə minməzsə və genişmiqyaslı müharibə başlayarsa, kimin ordusunun obyektiv olaraq güclü olduğu bəllidir və ekspertlərin də bu qənaətdə olduğu qəzetdə işıqlandırılır. Dəfələrlə vurğulanır ki, Ermənistan Azərbaycanın hərbi qüdrəti və iqtisadi potensialı qarşısında dayanıq belə nümayiş etdirmək iqtidarında deyil və Azərbaycan hər bir sahədə dəfələrlə güclü, eyni zamanda üstündür.
Geosiyasi Problemlər Akademiyasının birinci vitse-prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov hesab edir ki, Azərbaycan ordusu həm aviasiyada, həm də zirehli qüvvələrdə rəqibindən dəfələrlə üstündür və bu fikrini "Vzqlyad" qəzetinə şərhində də gizlətmir. "Zəngin neft ehtiyatlarına görə Azərbaycanın üstün iqtisadi potensialı onun hərbi qüdrətinə də əlavə edilməlidir", deyə Konstantin Sivkov sözügedən qəzetə şərt edir.
Sivkov qısa bir müharibə müddətin ermənilərin texniki və kəmiyyət cəhətdən zəif olmaları fonunda məğlub olacağına inandığını deyir. O, xüsusilə vurğulayır ki, müharibə sürətlə gedərsə və əhəmiyyətli itkilərə səbəb olarsa, bu, İrəvan üçün asan olmayacaqdır. Yəni, Sivkov çox yaxşı başa düşür ki, ermənilər Azərbaycan Ordusunun, hərbi qüdrətinin qarşısında dayanmaq imkanına malik deyillər və bu baxımdan, “İrəvan üçün asan olmayacaq” deməklə, xəbərdarlıq edir ki, Ermənistan döyüş, müharibə olacağı təqdirdə mütləq uduzacaq.
Öz növbəsində, hərbi ekspert Pavel Felqenhauer "Vzqlyad" qəzetinə verdiyi şərhdə Bakının daha müasir xarici silahlara, o cümlədən İsrailin zərbə dronlarına sahib olduğunu açıqlayıb. O, həmçinin qeyd edib ki, İrəvan yalnız rus və sovet silahlarına arxalana bilər. Yəni, hərbi ekspert ermənilərə xatırladıb ki, Ermənistanın silahları Azərbaycanın silahlarından geri qalır və zamanə ilə, müasir silahlarla ayaqlaşmaq iqtidarında da deyil. Ekspertin fikrincə, Tovuzdakı atışmalar sürətlə davam etsə, böyük müharibənin ssenarisi çətin ki, erməniləri, bütövlükdə Ermənistanı qane etsin.
Sivkov sonda qeyd edir ki, Tovuzda törədilən təxribatın böyük bir müharibəyə, qonşuların müdaxiləsinə səbəb olacağı indırıcı görünmür.
“Nə Rusiya, nə də Türkiyə uzun sürən müharibəyə maraq göstərmir. Buna görə də nə Türkiyə, nə də Rusiya orada olmayacaq. Özəlliklə Rusiya qəti şəkildə bu müharibəyə qarışmayacaq. Hər şey tərəflər arası qarşıdurmalarla məhdudlaşacaq və tərəflər özləri həll etməli olacaqlar", deyə Sivkov bildirib və fikrini yekunlaşdırıb.
Göründüyü kimi Ermənistanın Rusiyaya ümid etməsi cəfəng səslənir. Bunu heç yuxularında da artıq görə bilməyəcəklər. Çünki, Rusiya nəinki Ermənistanın, onun hakimiyyətinin, eləcə də bütün ermənilərin əsl simasını, daha doğrusu simasıızlığını, xəyanətkarlığını, rusofob olduqlarını dəfələrlə görüb və indiki vəziyyətdə də bütü bunların müqablində onları müdafiə etmək fikrində ola bilməz. Elə buna görə də tam əmin olaraq söyləmək olar ki, ruslar özləri də müharibə olacağı təqdirdə erməniləri müdafiə etməyə heç də borclu olmadıqlarını bilirlər və ermənilərin özlərinin də bunu bilməsi onlar üçün çox yaxşı olardı. Çünki, ermənilər bu həqiqətləri bilməsələr, yaxud bilib özlərini bilməməzliyə vursalar aqibətləri çox acınacaqlı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB