"Azərbaycanın düşmənə cavab verəcək kifayət qədər güclü ordusu var" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın düşmənə cavab verəcək kifayət qədər güclü ordusu var" ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda cənab Prezident ölkə həyatı üçün vacib bir çox məsələlərə toxundu və tapşırıqlarını verdi". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, müşavirədə ölkə başçısı ermənilərin dövlət sərhədində təxribat törətməkdə məqsədlərini açdı, şanlı ordumuzun layiqincə cavab verdiyini və vəziyətin nəzarət altında saxladığını ictmaiyyətə çatdırdı: "Həm də Bakının küçələrində vətənpərvər saf niyyətli insanların keçirdikləri yürüşdə dövlətə, dövlət başçısına, orduya dəstək ifadə etməsini və onların arasına girmiş "5-ci kolon"un satqınlarının hərəkətlərinə münasibət bildirdi. Təbii ki, bu gün köhnə fikirdə yaşayan və xarici havadarlarından maliyyələşərək ölkədəki uğurlara ləkə gətirmək istəyən ünsürlər mövcuddur. Bu ünsürlər hər bir vəziyyətdən istifadə edərək insanları dövlətə qarşı qaldırmaq, təmin olunmuş siyasi sabitliyi pozmaqla düşmənin yenidən işğalçılıq siyasətinə yol açmaq niyyətindədirlər. Azərbaycanın şanlı ordusu düşmənin cavabını rəşadətlə verir, hüquq-mühafizə orqanları ölkə daxili siyasi sabitliyi yüksək səviyədə təmin edir. Milli Məclisin inzibati binasına daxil olaraq maddi ziyan yetirən xalq düşmənləri də daxili işlər nazirliyin əməkdaşları tərəfindən qısa bir zamanda qarşısı alındı. Ermənilərin sərhədimizdə təxribat törətdiyi bir vaxtda ölkə daxilində xaos yaratmaq istəyən belə satqınlar xalq düşməndirlər və düşünürəm ki, hüquq-mühafizə orqanları tərəfindən araşdıralaraq dövlətə qarşı təxribat törətməyə cəhd edənləri qanunun ən ağır cəzası ilə cəzalandıracaqlar.

Müşavirədə cənab Prezident torpqaları işğaldan azad etmək üçün müharibəyə getmək istəyən vətənpərvər insanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə öz anket məlumatları ilə müraciət etmələrini tövsiyyə etdi. Yoxsa, küçədə Qarabağın azad edilməsinə getməyinə istədiklərini ifadə edərək pafozlu şüarları ilə özünü küçə qəhrəmanına çevirmək istəkləri düzgün hərəkət hesab olunmur. Müharibədə vuruşmaq üçün nizami orduya yazılmalı, təlim keçməli və düşmənlə üzbəüz dayanmağa hazır olmalıdır. Elə-belə küçələrdə müharibə şüarları ilə qışqırmaqla müharibəyə getmək və getsə də hazırlıqsız heç bir iş görmək mümkün deyil. Cənab Prezidentin qeyd etdiyi kimi bu gün Azərbaycanın düşmənə cavab verəcək kifayət qədər ordusu var və səfərbərliyin edilməsinə ehtiyac yoxdur. Əgər ehtiyac yaranarsa səfərbərlik də olunacaq. Ən əsası odur ki, xalqımız dövləti dəstəkləyir və insanların içində vətənpərvərlik hisləri yüksəkdir. Çox təəssüf ki, şəhidsiz müharibə olmur. Vətən uğrunda canından keçmiş hər bir şəxs qəhrəmandır və daima ürəklərimizdə yaşayacaqdır. Qələbə bizimlədir!"

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə