AXCP-çilər bir-birlərinin kartlarını açırlar İFŞA

Trol şəbəkəsi pul davası üstündə qırğına çıxıb

“Milli Şura”nın ardınca, artıq AXCP-də də qeybət, ittiham və qarşıdurma faktları üzə çıxmağa başlayıb. Belə ki, Azərbaycan xalqının cəbhədə erməni təxribatının qarşısının alınması üçün vahid və ümummilli maraqlardan çıxış etdiyi, Ali Baş Komandanın ətrafında çıxış etdiyi, eləcə də səfərbərlik üçün hazır olduqlarını bəyan etdikləri bir vaxtda, Əli Kərimlinin partiyasında pul və mənfəət davası baş-alıb getməkdədir. SİA xəbər verir ki, bunu heç mətbuat da yaymır, bunu yayan elə cəbhəçilərin özləridir. Əgər onların Facebook sosial şəbəkələrinə nəzər salsaq daxildəki vəziyyətlərinin nə qədər rüsvayçı, biabırçı olduğunu çox rahat şəkildə müəyyən edə bilərik.

Cəbhəçi trol: “Qruplaşma var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən...”

Cəbhəçi trollardan birinin yazdığına görə, 17 nəfərə 180 dənə profilləri var və onun bu məsələni açması arxasından belə nəticəyə gəlmək olar: Onlar Ə.Kərimlinin nəzarəti altında qul kimi işlədilir, lakin bunun müqabilində ya heç nə almırlar, ya da aldıqları necə deyərlər, çörəkpulunu da ödəmir. Ona görə də 17 nəfərin 180 profil işlətdiyini önə çəkərək, AXCP sədri Əli Kərimlinin diqqətini buna yönəltməyə, pullarını tələb etməyə çalışırlar.

Bəxtiyar İmanov isə yazır ki, AXCP-nin gənclər komitəsinin sədri Emil Səlimov “qrubıy” (kobud) adamdı, özünü iqtidarda baş nazir kimi aparır, başı qarışıb qıza, gənc üzvlərimizlə işləmir, vəziyyət xaotikdir: “Qruplaşma var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən”, yazan cəbhəçinin sözlərinə görə, digər rayon təşkilatlarında da vəziyyət eyni cürdür.

“Əli Kərimlini fitvala ki, Emil işləmir, Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir başını daşa döyür”

SİTAT: “Akif də Binəqədi şöbəsin dağıtdı. Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir, Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan. Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki, versinlər...”

Göründüyü kimi, fakt göz qarşısındadır və onların məqsədləri nə dövlətçilik maraqlarının müdafiəsi, nə demokratiya, nə prüalizm nə də digər məsələlərdən ibarətdir. Onların məqsədləri yalnız hansı yolla olursa-olsun – hətta ən kirli, rüsvayçı yollarla olsa belə pul qazanmaq, mövqe savaşı aparmaq, lazım gələrsə, “liderlərinə”, rəhbərlikdəki şəxslərə söyüş söyüb, təhqir etməkdir ki, bu halların baş verməsi təəccüb doğurmur. Bir partiyanın sədri ki, sözü ilə əməlini uzlaşdıra bilmir, partiyası daxilindəki xaotik vəziyyəti aradan qaldırmaq imkanına malik deyil, bu zaman həmin partiyanın nə xalqa, nə də dövlətə hər hansı səmərə verəcəyindən ümumiyyətlə danışmağa dəyməz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə