"Ümid edirəm ki, regionda sülh tezliklə bərqərar olacaq" - AÇIQLAMA

"Ümid edirəm ki, regionda sülh tezliklə bərqərar olacaq" - AÇIQLAMA

İyulun 12-də Ermənistanın törətdiyi təxribatla iki ölkə arasında yaranan qarşıdurmada nəticəsində ölkə sərhəddimizdə gərginlik yaranıb. Gedən döyüşlərdən dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Baş verən hadisələrlə əlaqədar bir sıra dövlətlər, rəsmi nümayədənlər məsələyə öz münasibətlərini bildiriblər. SİA-nın məlumatına görə, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı da öz rəsmi facebook hesabında məsələyə münasibət bildirib.

H.Harmancı bildirib ki, Azərbaycan hərbiçilərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşılayıram: "Bütün həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyirəm, onların ailələrinə və Azərbaycan xalqına baş sağlığı verirəm, yaralılara şəfa arzulayıram. Ümid edirəm ki, regionda sülh tezliklə bərqərar olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə