Tapdıq Abbas: ““Freedom House” mətbuat reallıqları deyil, siyasi iradə və siyasi baxışlarla hərəkət edib”
"Freedom House" təşkilatının mətbuat azadlığı ilə reytinq cədvəlini ədalətli hesab etmirəm. SİA-ya açıqlamasında bu sözləri "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas sözügedən təşkilatın 196 ölkədə mətbuat azadlığını əks etdirən reytinq cədvəlinə münasibət bildirərkən deyib. Qeyd edək ki, həmin siyahıda Azərbaycan 171-ci yerdə qərarlaşıb.
Həmin siyahıda Əfqanıstan, İraq kimi ölkələrin Azərbaycan irəlidə olduğunu xatırladan baş redaktor bildirib ki, "Freedom House" təşkilatı qərəzli davranıb. Azərbaycan mətbuatının Avropa mətbuatının bir hissəsi olduğunu deyən T.Abbas bildirib ki, ölkədə fikir və söz azadlığının təmin olunduğu mətbuat var: "Hesab edirəm ki, təşkilatı Azərbaycana qarşı qərəzli mövqedədir. Azərbaycanı siyahının 172-ci yerində yerləşdirmək üçün yalnız qərəzli davranmaq lazımdır".
"Paralel" qəzetinin baş redaktoru onu da qeyd edib ki, təşkilat Azərbaycana qarşı ilk dəfə deyil ki, qeyri-obyektivlik nümayiş etdirir: "Sözügedən təşkilatın bu cür adımlarına artıq alışmışıq. Təəssüf edirəm ki, təşkilat ardıcıl olaraq Azərbaycanla bağlı belə mövqe sərgiləyir. Əminəm ki, "Freedom house" yol verdiyi qüsurları gələcəkdə aradan qaldıracaq. Qüsurlar olsa da deyə bilərik ki, Azərbaycan mediası irəliləyir. İyirmi illik müstəqillik tarixi olan ölkələri yüz əlli illik tarixi olan ölkələrlə müqayisə etmək də yanlışdır. Hesab edirəm ki, Azərbaycan mətbuatı demokratik dünyanın tərkib hissəsidir. Təşkilatın mətbuat azadlığı ilə bağlı reytinq siyahısında mətbuat reallığından daha çox siyasi mövqelər, siyasi iradə var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB