Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzününü pisləyən bəyanat verib
Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzününü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.
SİA Azərbaycanın Meksikadakı səfirliyinə istinadən xəbər verir ki, Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyib, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırıb.
Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB