Ermənistan MTX Azərbaycanın informasiya ehtiyatlarından istifadə etməməyə çağırır

Ermənistan Milli Təhlükəsizlik Xidməti son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatları, habelə vəziyyətin gərginləşməsinin mümkünlüyünü nəzərə alaraq ictimaiyyəti və media nümayəndələrini Azərbaycan informasiya mənbələrindən istifadə etməməyə, təxribatlara tab gətirməməyə və çaxnaşma yaratmamağa, məlumatları yayımlamadan çəkinməyə çağırır. SİA verir ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələrində məlumatlar yayımlanır və bildirilir ki, bu çağırış məhz Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən edilib.

Məlumatda qeyd olunur ki, saxta istifadəçilər tərəfindən nəşr olunan təsdiqlənməmiş və yoxlanılmamış məlumatlar daxil olmaqla, sosial platformalarda məlumatlar yayımlanır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir daha, məsələnin əhəmiyyətinə şüurlu yanaşmağa və yalnız rəsmi mənbələrdən alınan məlumatlara inanmağa çağırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə