Vüqar Səfərli: ““Freedom House” təşkilatı həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayıb” - MÖVQE
Xəbər verildiyi ki, "Freedom House" təşkilatı 196 ölkədə mətbuat azadlığının vəziyyətini qiymətləndirib. Azərbaycan isə təşkilatın mətbuat azadlığı reytinqində 196 ölkə arasında 171-ci yerdə qərarlaşıb. Təşkilatın hesabatına jurnalist təşkilatlarının rəhbərləri kəskin etiraz ediblər.
SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Freedom House" təşkilatının həmişə Azərbaycan haqqında neqativ məlumatlar yaydığını bildirib. O, bildirib ki, mətbuat azadlığına görə, təşkilatın son reytinq cədvəlində Azərbaycanın son sıralarda yerləşdirilməsi qərəzlidir.
Azərbaycanda mətbuatın inkişaf etdiyini, dövlət tərəfindən bununla bağlı KİV-ə dəstək göstərildiyini dilə gətirən V.Səfərli bildirib ki, Fonda ayrılan vəsait ildən ilə artır: "Fond yaradılanda onun büdcəsi üçün 1,3 milyon manat ayrılmışdı. 2010-cu ildə bu vəsait 2, 2011-ci il üçün 2,4 milyon manat olub. Keçən il Fond tərəfindən keçirilən müsabiqələrdə 150 jurnalist qalib olub. Müsabiqələrin sayını artırmağı da düşünürük. Bütün bunlar jurnalistlərin peşəkarlığın artırılmasına və sosial vəziyyətin yaxşılaşdırılmasına yönəlib. Belə olan halda adıçəkilən təşkilatın hesabatını obyektiv hesab etmək olarmı?".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın 196 ölkə arasında 171-ci yerdə olması onu da təəssüfləndirir: "Azərbaycanın mətbuat azadlığına görə reytinq cədvəlində son sıralarda yer alması şübhəlidir. Siyahıya diqqətlə baxdım. Qanın su yerinə axdığı Əfqanıstan, İraqda, ərəb ölkələrində olan vəziyyəti Azərbaycandakı vəziyyətlə müqayisə etdim. Qonşu Türkiyədə 70-ə yaxın jurnalist həbsdədir. Azərbaycanda jurnalistikanın problemləri var. Düşünürəm ki, reytinq cədvəli obyektiv olsaydı, Azərbaycan daha yaxşı yerdə olardı. Mətbuatın inkişafı üçün kifayət qədər tədbirlər görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB