Əli Kərimlini kim və niyə himayə edir?

Cəbhədə yaranan gərginliklərdə bütün ölkə əhalisinin‚ dini inancından‚ milli mənsubiyyətindən və hətta siyasi düşüncəsindən asılı olmayaraq hər kəsin düşmənə və işğalçı ölkənin dəstəkçilərinə qarşı birləşdiyi‚ həmrəylik sərgilədiyi bir vaxtda AXCP sədri Əli Kərimlinin özü dediyi kimi «ev dustağının» bu gün sosial şəbəkələrdən təxribat xarakterli bəyanatlar səsləndirməsinin arxasında, yenə də erməni lobbisi və ona yaxın çevrələr dayandığı bəllidir. Ordumuzun şücaətindən‚ xalqımızın güclü iradəsindən və bilavasitə möhtərəm cənab Prezidentin qətiyyətli‚ prinsipial‚ güclü və qüdrətli dövlətçilik ideyalarına əsaslanan siyasətindən narahatçılıq keçirərək Əli Kərimli kimi şəxsləri ölkədə təxribat və sabotaj xarakterli rəylərin yaranması üçün yenə də öz iblis simasın göstərməkdədir. Təəccüb də doğurmur. Çünki bu o Əli Kərimlidir ki, hər zaman Azərbaycana qarşı barışmaz və düşmən mövqedə olan qüvvələrlə iş birliyində olub. Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər.

Ermənipərəst PİN (People in Need) təşkilatı Əli Kərimlinin himayədarıdır

Xalqımızın vahid düşmənə qarşı səfərbər olduğu bir vaxtda‚ bütün dünyanı ağuşuna alan koronavirusa qarşı birlik‚ həmrəylik nümayiş etdirdiyi bir vaxtda hər kəsin qüdrətli ordumuza dəstək olmağa çalışdığı halda Əli Kərimli bütün bu meyarların əksinə hərəkət edir və bütün imkanlarıyla‚ partiyasına daxil olan gənclərin ölkədə fikir ayrılıqlarının yaranması üçün dəridən qabıqdan çıxır. Əli Kərimlinin atdığı bütün addımlar‚ səsləndirdiyi bütün fikirlər bu amala xidmət edir.

Siyasi politoloqların sözlərinə görə, Azərbaycana qarşı olan və Əli Kərimli illərdir ki, daha çox Çexiyada olan ermənipərəst PİN (People in Need) təşkilatı ilə əlaqə yaradır. Deyilən məlumata görə bu təşkilat erməni lobbisinin təsiri altındadır və təşkilatın rəhbərliyində də ermənilər təmsil olunub. PİN Dağlıq Qarabağı erməni ərazisi kimi tanıyır. Bu təşkilatın rəhbərliyi mütamadi ermənistana və Yerəvana səfər edir. Üstəlik PİN ermənistanda dövlət abadlığına quruculuq və inkişafa xidmət edən təşkilatlara maliyyə ayırdığı halda Azərbaycanda ancaq Əli Kərimli və onunla eyni siyasi düşüncədə olan dövlət və ölkə əleyhinə olan şəxslərə maliyyə ayırmaqdadır. Əli Kərimli isə bütün bunların qarşılığında bölücülük etmək‚ insanlar arasında çaşqınlıq yaratmaqla məşğuldur. Cəbhədə baş verən gərgin anlarda bütün ölkənin vahid düşmənə qarşı mübarizə apardığı halda Əli Kərimli insanları bu mübarizədən soyutmağa çalışır. Bu adam ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi. Ə.Kərimli sosial şəbəkələrdə ilk öncə bildirir ki, «Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir" bəyanatından dərhal sonra günün ikinci yarısında isə verdiyi bəyanatın tam əleyhinə danışmağa başlayıb. Çünki Əli Kərimlinin verdiyi bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrilir. Bu təsadüfidirmi? Xeyr! Əli Kərimli bilmir ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilir. Bunu 4 aprel döyüşləri zamanı da etmişdi, bu gün də eyni ssenari ilə hərəkət edir.

Vicdansızlıq, satqınçılıq Əli Kərimlini qanındadır

Belə bir məsəl var: “Qanın it, elə erməni qanına bulaşsın”. O zaman nə ola bilər. Özünüz fikirləşin, 4 aprel döyüşləri ilə bağlı Əli Kərimlinin verdiyi bəyanatlar əgər düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardı? Elə bu arqument Əli Kərimlinin ermənilərə xidmət etdiyini başa düşməyə kifayət edir. Uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Bunu ondan hər bir kəs gözləyirdi.

Əlbəttə ki, belə bir ərəfədə öz rəşadətli ordusunun, əsgərlərinin, eləcə də Ali Baş Komandanının ətrafında sıx biləşdiyini əməli nəticələrlə sübuta yetirən müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gəncləri satqın və xəyanətkar Əli Kərimlinin ya həbs olunmasını, ya da halda isə ölkədən hüdudlarından çıxarılmalıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə