"Öncə Vətən, ikinci xalq, sonra mən" Nəmidə Namini

Nəmidə Namini

Şirvan şəhər YAP Gənclər Birliyinin sədri

Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil.Xarakterin,tərbiyənin,mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O,elə bir keyfiyyətdir ki,onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi,hər şeydən əvvəl,Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Hər bir Azərbaycanlı Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı öyrənməli,tanimalı, sevməli onların xidmətlərini daim xatırlamalı,qiymətləndirməli,tanıtdırmalı bu günkü və gələcək nəsillərimizə örnək olan ÖMÜRlərindən dərs almalı,onlara minnətdar olmalıdır.

Millət üçün qürur qaynağı olan Qəhrəmanları öyrənməli və öyrətməli,tanıtdırmalı və sevdirməliyik. Onların özü kimi təmənnasız,candan, könüldən gələn bir istəklə! Çünki bir millətin hər zaman qəhrəmanlara ehtiyacı var. Başqa sözlə, bütün digər ülvi hisslər,duyğular kimi qəhrəmanlıq da yaşadılmalıdır. Qəhrəmanlığı təbliq etmək, qəhrəmanları tanımaq,tanıtmaq hər bir insanın özünün daxili aləmini zənginləşdirir, insanın həyata inamını, haqq işinə bağlılığını möhkəmləndirir.. Şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızı öyrənməklə, öyrətməklə, onları sevdirməklə, örnək kimi təqdim etməklə Qəhrəmanlarımızın sayını artıra bilərik ki, millətin hər zaman buna böyük eytiyacı var.

Tez-tez atəşkəs rejimini kobud şəkildə pozan,Azərbaycandan işğalla qopardığı torpaqları azad etmək əvəzinə Ermənistanın təxribatlara əl atması daimi hal almağa başlayır.Belə ki, Ermənistan silahlı qüvvələri yenə iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib., Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları çavuş Sadıqov Vüqar,baş əsgər Məmmədov Elşad,Mahmudov Rəsad və əsgər Daşdəmirov Xəyyam şəhid olub.

Şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin! Yaxşı ki, Azərbaycanın bu cür igid oğulları var ! Azərbaycan oğulları hər daim Vətəninin keşiyində dayanıb və dayanmağa da davam edəcəkdir. Bizim vətənpərvərlik ruhumuzu, milli iradəmizi heç bir təxribat və qorxutma siyasəti qıra bilməz. Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezidentimiz, Azərbaycanın vətənpərvər oğlu İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, beləliklə Qarabağ Azərbaycanındır!” sözləri Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan oğulları Vətəni sevir və onu daim qorumağa hazırdır. Biz öz ordumuzla, şəhidlərimiz və qəhrəmanlarımızla fəxr edirik və inanırıq ki, hər bir valideyn övladını millətini və ölkəsini sevən bir övlad kimi yetişdirməli, onda yüksək vətənpərvərlik ruhu aşılamalıdır. Bu yolda addımlamaq bizim üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir ...yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...