"Paşinyan başa düşməldir ki..." - MÖVQE ÖZƏL

"Tovuzda baş verən hadisələr həm Qarabağ kartından istifadə, həm də Azərbaycana qarşı yeni təxribat törətmək məqsədi güdən addımlardır. Bütün bunlar Paşinyanın siyasətinin nəticəsidir. Paşinyan Beynəlxalq Hüquq Normalarını tapdalayaraq danışıqlardan yayınır. Azərbaycanın xeyrinə qəbul olunan qətnamələr, qərarlar Paşinyan tərəfindən açıq şəkildə tapdalanır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Paşinyan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ əhalisi, xalqı danışıqlarda iştirak etməlidir: "Bu əslində Azərbaycana qarşı açıq şəkildə düşman mövqeyinin nümayişi və eyni zamanda Paşinyanın danışıqlara nöqtə qoymaq məqsədidir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hal-hazırda Paşinyan rejimi çox mürəkkəb bir vəziyyətdədir. Ona qarşı çıxış edənlərin sayı artıb. Nəyinki, onun keçmiş rəqibləri, hətta onun dünənki tərəfdarları da ona qarşı çıxmağa başlayıblar. Onu təndiq edirlər".

F.Sadıqov bildirib ki, Ona görə də, görünür Paşinyana balaca bir müharibə lazımdır: "Bir balaca güc nümayişinə ehtiyac var. Amma o, başa düşməlidir ki, erməni tərəfi adekvat və daha güclü bir cavab alacaq. Görünür siyasi təcürəbəsizliyi ona belə şeyləri dərk etməyə imkan vermir və onun dərin düşünmək qabiliyyəti yoxdur. Budur əsas məsələ. Düşünürəm ki, bizim vətənpərvərlik ruhumuz, siyasi iradəmiz kifayət qədər ki, biz nəyinki, onun təxribatlarına cavab verək, hətta onlara ikiqat zərbə endirməklə gücümüzü nümayiş etdirək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...