"Azərbaycan beynəlxalq reytinqlərdə sürətlə irəliləyir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan bu uğura uzun illər bir çox sahələrdə həyata keçirdiyi uzaq görən və ardıcıl siyasət nəticəsində nail olub. 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur. Son illər Azərbaycan beynəlxalq reytinqlərdə sürətlə irəliləyir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan 30 ildir müstəqillik qazanıb: "Azərbaycan bu reytinqdə müstəqilliyi Azərbaycandan əvvəl qazanan bir çox ölkələri arxada qoyub, bölgədə liderliyi ələ alıb. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə böyüyür, dünya iqtisadiyyatına inteqrasiya edir. Ölkəmiz bir çox regional layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Ölkəmizin nüfuzu, ona olan inam və etibar beynəlxalq aləmdə günü-gündən daha da artır. Bu da öz növbəsində Azərbaycanın büynəlxalq indekslərdə nüfuzun artmasına öz təsirini göstərir. Azərbaycan büdcəsi sosial yönümlüdür və Azərbaycan hökuməti sosialyönümlü siyasət həyata keçirir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətinə dövlət davamlı tədbirlər həyat keçirir. Əhalinin heç bir imkansız təbəqəsi dövlətin diqqətindən kənarda qalmır.

Pandemiyanın ölkə və dünya iqtisadiyyatına mənfi təsir göstərməsinə və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi heç bir sosial layihə təxirə salınmayacaq. Təkcə bu il 8000-ə yaxın məcburi köçkün ailəsinin evlə təmin olunması planlaşdırırlır. Həmçinin şəhid ailələrinin və müharibə iştirakçılarının evlə təmin olunması istiqamətində davamlı olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu da Azərbaycanın bir sıra reytinqlərdə liderliyini qorumasına, nüfuzunun artmasına ciddi təsir göstərəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə