Çexiya Respublikasının sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, may ayının 7-i tarixinə kimi davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Cexiya Respublikasında səfərdə olub. Çexiya Respublikasının sığorta-pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı tərəflər bir sıra məsələlərlə bərabər "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş" layihəsini ətraflı müzakirə ediblər.
Çexiyanın sığorta- pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri zamanı keçiriləcək görüşlərdə layihə ilə bağlı danışıqların ikinci mərhələsi aparılacaq. Bundan başqa, nümayəndə heyəti DSMF Aparatının işi, burada qurulan müasir məlumatlandırma sistemi, həmçinin Fondun rayon şöbələrinin fəaliyyəti ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB