"Bizə şər atanlar böhran içindədir" ÖZƏL-MÜNASİBƏT

“Bakının Xətai rayonunda yeni modul tipli hospitalıda yaradılan ortamla tanış olduqdan sonra, Azərbaycan Prezidentinin televiziya kanallarına verdiyi geniş müsahibə geniş də re¬aksiyalar doğurmaqdadır. Heç şübhəsiz, Cənab Prezidentin işğalçı Ermənistanla bağlı dedikləri, həmin müsahibənin ən önəmli blokunu təşkil edir və özünə diqqət tələb edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

O, xüsusilə vurğulayıb ki, Cənab Prezident çox prinsipial məsələlərə məhz prinsipial da mövqe bildirib.
“Heç şübhə yox ki müsahibəyə bütün maraqlı tərəflər, dost da, düşmən də, Ermənistan siyasi mərkəzləri isə özəlliklə diqqət kəsilib. Dövlət başçısının təhlilləri, qiymətləndirmələri müəyyən suallara malik vətəndaşlarımız üçün də aydınlandırıcı olub.

Mühüm və diqqət çəkən məqamlardan biri, koronavirusun ölkənin 1 saylı problemini, hamımızın ən əsas qayğımızı, dərdimizi, torpaqlarımızın işğalı və bundan irəli gəlmiş problemləri heç də unutdura, ikinci plana keçirə bilməməsidir. Cənab Prezidentin fikirləri, gətirdiyi faktlar, dövlətin sabitqədəm şəkildə, təxirəslınmaz formada, düşmən işğalına son vermək üçün bütün cəbhələrdə iş apamaqda olduğunun təsbiti oldu.
Cənab Prezident BMT Baş Assambleyasının koronavirusla bağlı Xüsusi sessiyasının keçirilməsinə Ermənistanın "əleyhinə" səs verməsi faktına diqqəti cəlb edərək, Ermənistan mövzusuna giriş edib. Ölkə başçısı xatırladıb ki, Azərbaycan qlobal həmrəyliyin ən böyük təşəbbüsçülərindən biri, real addımlar atan xeyirxah ölkə olduğu halda, pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri olan, pandemiya ilə bacarmayan, döymədiyi qapı qalmayan dilənəçi Ermənistan BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsinə maraqlı olmalı halda, mənfi reaksiya verdi. İşğalçı ölkənin bu reaksiyasına ən sərrast, tarixə düşəsi cavabı Cənab İlham Əliyev verdi və qeyd etdi ki, "BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ölkə başçısı vurğuladı ki, bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıq, qeyri-rasional düşüncənin məhsuludur və Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir ki, bu da Ermənistanda faşizm ideologiyası üstünlük təşkil etdiyini isbatlayır.

Ermənistanın BMT Baş Assambleyasının Xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxmasından biz bir şey itirmədik, əksinə, qazanclı çıxmış sayıla bilərik. Təkrarçılıq olmasın, zatən yetərli saydan da artıq ölkənin dəstəyini almışıq və digər tərəfdən də, biz özümüz öz problemlərimizlə baş edə bilirik. Problemlər içində olan, koronavirus zəminində itkiləri hədsiz dərəcədə çox olan Ermənistansa, dünya birliyinin gözündə xal itirən də Ermənistanın özüdür. İstər-istəməz diqqətlər tək "əleyhinə" səsin müəllifinin nə üçün belə davrandığına yönələcək, beləliklə, bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı gündəm olacaq və nəzərə almaq lazımdır ki, məlum 4 qətnamə də məhz BMT tərəfindən qəbul edilib.

Respublikamız BMT ilə yanaşı, İslam Konfransı Təşkilatında, Qoşulmama Hərəkatında, Türk Şurasında, GUAM-da, bir çox digər platformalarda, öz ədalətli, prinsipial və aparıcı mövqeyi ilə seçilir və haqlı mövqeyimiz Avropa Birliyi tərəfindən də dəstək görüb ki, bu yaxınlarda bunun bir daha şahidi olduq. Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi sessiyasını çağırmaq təşəbbüsü, hansısa təsadüfün, tendensiyoz məqamların məhsulu deyil. Bu, bütün digər məziyyətləri, özəllikləri ilə yanaşı, həm də önəmli dərəcədə bəlli tarixçəyə dayanır.
Beynəlxalq səviyyədə qəbulgörmüş istilahla desək, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi"nin həlli məsələsində, dövlətimizin mövqeyi tarixi ədalətə, beynəlxalq hüquqa əsas¬lanır. Bizim işimiz haqq işidir. Azərbaycanın ərazi bütövlüyü həll olunmalıdır. Azərbaycan torpağında 102 il öncə bir erməni dövləti qurulub, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına icazə verməyimizi gözləyənlər böyük yanlışlıq içindədir! Bu, mümkün olmayacaq! Özəlliklə, "Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir"sə heç mümkün olmayacaq...
Dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!” , deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə