Litva Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Litva Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub.

SİA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulub.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarında keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Litva və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə