BQXK-nin nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan ermənilərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 28-də Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova SİA-ya açıqlamasında deyib ki, əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb, yaxınlarının məktubları çatdırılıb. Onlardan yaxınlarına çatdırılacaq məlumatlar alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB