"Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" ÖZƏL-MÜNASİBƏT

“Hər kəs qanun qarşısında bərabərdir. Prezidentin qeyd etdiyi kimi, kim karantinin tələblərini pozursa ciddi cəzalanmalıdır. Karantin rejiminin tələblərinə məhəl qoymayaraq otellərdə, hovuzlarda öz kefində olan şəxslərə qarşı polisin keçirdiyi tədbirlər alqışlanmalıdır”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, qaydaları vecinə almayan belə şəxslər qanunun ən ağır cəzaları ilə cəzalanmalıdır ki, nəticə çıxarsın: “Hətta lazım gələrsə belə cinayət məcəlləsi ilə cəzalandırılmalıdır ki, digər belə fikirli insanlar da öz əməllərindən çəkinsin”.

“Prezident İlham Əliyev bütün çıxışlarında və beynəlxalq görüşlərində, debatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunur və hər dəfə yeni tarixi faktlar ortaya qoyaraq əsil lider kimi düşmənin cavabını verərək yerində otuzdurur. Ermənilərin faşizm üzünü tarixi faktlarla ortaya qoyur, Ermənistanın işğalçılıq siyasətini darmadağın edir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının yeganə yol olduğunu diqqətinə çatdırır. Məhz Kürəkçay müqaviləsi imzalananda ermənin bu ərazilərdə mövcud olmadığıını, Nijde Qareginə İrəvanda abidə qoymaqla faşizmin qəhrəmanlaşdırmaq siyasətinə xidmət etdiyini, Dağlıq Qarabağda törədilən soyqırımlar və 1 milyon insanın öz yurdlarından didərgin salınmasını, son 20 ildə oğru və quldur şəxslərin Ermənistana rəhbərlərlik etdiyini, Baş Nazirin diktator idarəetmənin yaratdığını və beynəlxalq təşkilatların erməni özbaşınalığına susqunluqla yanaşdığını İlham Əliyev hər dəfə öz çıxışlarında tənqid edir. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu sərt mövqeyinin göstəricisidir ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”-deyə, A.Badamov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə