“İctimai nəzarət mexanizmini gücləndirmək lazımdır” ÖZƏL-MÜNASİBƏT

“Bu pandemiya ilə bağlı çox məlumatlar oxuyuram. Brifinqlərdə deyilənlərə qulaq asıram. Tez-tez xarici ölkələr misal gətirilir. Başa düşməliyik ki, Azərbaycan Almaniya deyil.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatın sədri xatırladıb ki, bizdən fərqli olaraq Almanlarda ictimai nəzarət güclüdür.

“Məsələn əgər sən mağazada qırmızı cizgini keçirsənsə buna nəzarəti nə polis nə də mağazada xüsusi təyin edilmiş insan edir. Sənə iradı vətəndaş özü tutur və sən ictimai qınaq görəndə utanırsan. Lakin biz millət kimi bunu etməyəcəyik. Fikirləşəcəyik ki, bizim haqqımızda ya “demaqoq” ya da "iş verən " kimi düşünəcəklər. Bu bəladan düzgün maarifləndirmə, ictimai qınaq olmasa çıxmağımız çətin olacaq. Maskasız mağazada kimisə görəndə başımızı aşağı salıb “mənim nəyimə lazım başımı ağrıdım" deyəcəyiksə, onda xalqımızın başı hələ çox ağrıyacaq. İnsanlar aşağı-yuxarı 4 aydır sərt karantin rejimindədirlər. Bu da insanların aqressivləşməsinə səbəb olub. Ona görə də Azərbaycan xalqına, millətinə uyğun bir ideoloji iş qurub bu vəziyyətdən çıxmağa verilən digər qərarlarla birlikdə nail olmaq lazımdır", deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...