Azərbaycan Moskvada İT sərgidə iştirak edəcək

Azərbaycan Moskvada İT sərgidə iştirak edəcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti may ayının 10-dan 13-dək Rusiyanın paytaxtı Moskvada şəhərində keçiriləcək "Svyaz Ekspokomm-2011" 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir.

Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya super informasiya magistralı (TASİM) və Elektron hökumət haqqında məlumatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə