Paşinyanın sifarişli və fokus-mokuslu “reytinq soğrusu” ANALİTİK

Samvel Farmanyan: “Nikol Paşinyanın sifarişi ilə və birbaşa özü üçün keçirilən sorğuda elə bir cənnət mənzərəsi yaradılıb ki, ona hətta Şimali Koreyanın lideri Kim Çen In da həsəd apara bilər”

Nikol Paşinyanın real reytinqi 11-13%-i təşkil edir. SİA xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində politoloq və ictimai-siyasi xadim Samvel Farmanyan yazıb. Onun sözlərinə görə, baş nazirin ölkəni belə bir ağır vəziyyətə gəlməsində xüsusi xidmətləri var. “Sosiologiya Nikol Paşinyanın yalan imperiyasında fəxri yer tutmaqdadır. Koronavirusla mübarizə qarmaqarışıqlığında rüsvayçı məğlubiyyət, sosial-iqtisadi kollaps, Konstitusiya məhkəməsi ətrafında nümayiş etdirilən meymunluq, KİV-lərə qarşı polisin inzibati təzyiqləri və digər hadisələr bu olayların tərkib hissəsidir”, yazan erməni siyasisi qeyd edir ki, bu günlərdə daha bir vacib hadisə yaşanıb. SİTAT: “Beləliklə, MPG LLC-nin “Gallup International Association” assosiasiyasının Ermənistandakı direktoru Aram Navasardyan tərəfindən təşkil olunmuş mətbuat konfransında o, erməni xalqına sonuncu sorğunun nəticələrini təqdim edib. Başlayaq metodoloji sosial sorğudan. Sən demə, sorğu 10-27 iyun tarixləri aralığında keçirilibmiş. Həmçinin, sorğu telefon vasitəsi ilə keçirilib və burada respublikanın 1200 vətəndaşı iştirak edib. Nikol Paşinyanın sifarişi ilə və birbaşa özü üçün keçirilən sorğuda elə bir cənnət mənzərəsi yaradılıb ki, ona hətta Şimali Koreyanın lideri Kim Çen In da həsəd apara bilər. Lakin ona keçənə qədər Nikol Paşinyanın yalan ipmeriyası ətrafındakı sosioloji mərtəbə tikməsinə dair kiçik məsələyə diqqət yetirək...”

Erməni politoloqu: “Əhalimizin minimum 60-65%-i belə cavab veriblər: “Qardaş, götür öz Nikolunu və...”

Farmanyan qeyd edir ki, KİV-in, nə də Nikol Paşinyanın iştirak etmədiyi fokus-mokus oyununda əsas məsələlər göstərilməyib. SİTAT: “Onlar telefonla keçirilən sorğudan nə qədər vətəndaşın imtina etdiyini və baş nazirə, hökumətə etimad göstəririb-gəstərmədiklərini demirlər. Ona görə də bunu mən etməli olacağam. Beləliklə, Paşinyanın polismeystrliyi ilə keçirilən sorğulardan minimum 60-65% vətəndaş imtina edib. Açıq telefon rabitəsində keçirilən sorğuları isə daha çox vətəndaş rədd edib. Bu nəyi göstərir? Nəyə görə Niklol paşinyanın tərəfdarı ya da əqidədaşı bu barədə hətta telefonla olsa belə danışmağı istəməməlidir? Bəli, bu mümkün deyil. Belə çıxır ki, əhalimizin minimum 60-65%-i belə cavab veriblər: “Qardaş, götür öz Nikolunu və...”. Yerdə qalır 35-40%-i ki, onlar da bu “əsrin sorğusunda” iştirak ediblər”.

Bu sosioloji fokus-mokusun nəticələri isə, sadəcə şok diğurur. Onlara görə, əhalimizin 87,6%-i Nikol Paşinyana etimad göstərirmiş...”

Farmanyan: “Nikol paşinyanın reytinqi uzağı 11-13%-dir və bunün özü göstərir ki, ölkəmizin siyasi təhlükəsizlik sistemi narahatedicidir”

Farmanyan qeyd edir ki, əslində reallıq başqa cürdür: “Nikol paşinyanın reytinqi uzağı 11-13%-dir və bunün özü göstərir ki, ölkəmizin siyasi təhlükəsizlik sistemi narahatedicidir... Nikol ictimaiyyətin böyük hissəsinin etimadını itirib və bu da ölkədə yeni siyasi vəziyyətə səbəb olub. Bu vəziyyət məntiqi araşdırma tələb edir və gecikir...”

Erməni politoloqu sonda yazır ki, Nikol Paşinyanın – fokus-mokuslu sosial sorğusunun dəyərsiz sifarişçisinin əsl qiymətinin verilməsi vaxtı çatıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə