“Hamımız qoruyucu vasitələrdən istifadə etməliyik” ÖZƏL-MÜNASİBƏT

İlin əvvəlindən bu bir böyük bəla kimi dünyanı bürümüş pandemiya bütün dünyaya yayılıbdır və Cənab Prezidentimiz ilk günlərdən də çox çevik tədbirlərin, qabaqlayıcı tədbirlərin görülməsini qərarlaşdırdı və demək olar ki, xəstəlik Azərbaycanda çox az miqdarda yayılmışdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, düzdür, son vaxtlar biz eşidirik ki, xəstəlik davam edir, dayanmayıbdır və bu xəstəliyin sonuna çatmaq üçün biz hamımız birgə qorunma vasitələrindən çox geniş istifadə etməliyik.

"İnsanların bəziləri bunu qəbul edirlər və ilk gündən də elə qoruyucu vasitələrdən istifadə edirlər, ailələrində, tanışları arasında müvafiq təbliğatı aparırlar. Amma bəzi insanlar var ki, çox da ciddiyə almırlar bu məsələni və elələri var düşünür ki, belə xəstəlik yoxdur, elələri də var bunun onlardan kənar keçəcəyini düşünürlər. Lakin, düşünürəm ki, əgər müsbət bir nəticəyə çatmaq üçün mütləq qaydalara, qadağalara riayət edilməlidir. Keçib ketdiyimiz zaman bilinmir kim xəstədir, kim artıq yoluxubdur və bilirik ki, bu hava-damcı yolu ilə keçən bir xəstəlikdir, deməli qorunmaq lazımdır, artıq tibbi maskadan istifadə etmək lazımdır. Doğrudur, əlcəklərdən yay vaxtı olduğu üçün istifadə etmək bir qədər çətindir, amma tibbi maska və spirt çox vacib bir məsələdir. Xüsusi olaraq, insanların daha sıx toplaşdığı yerlərdə bu mütləq lazımdır. Biz məsələn, bankların önündən kecəndə görürük ki, nə qədər insanlar toplaşıblar və doğrudur polis də orada var və insanlara bu barədə xəbərdarlıqlar edirlər. Düzdür insanların əsəblərini də, onların bu vəziyyətin bu qədər uzanması səbəbindən bezdiklərini də başa düşmək olar, amma səbrli olmaq, təmkinli olmaq tələb olunur və qoruyucu vasitələrdən mütləq istifadə etmək lazımdır.

Mən deyim ki, Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə biz həmişə bu məsələləri müzakirə edirik. İctimai liderlər hər zaman bu məsələni müzakirə edirlər. Son vaxtlarda da bir qrup ictimai liderlərin həm paytaxt Bakıda, həm müəyyən rayon və şəhərlərdə nəzarəti daha çox gücləndirməsi, vətəndaşlarla daha çox ünsiyyət, məlumatlandırma, maarifləndirmə prosesini aparması üçün belə bir qrup yaradılıb və mən də həmin qrupun üzvüyəm və çox istərdim ki, insanlar maskalardan, spirtdən, qoruyuculardan istifadə etməyin vacibliyini bilsinlər. İnsanlar özləri də öz ətraflarında nəzarət etməlidirlər bu qoruyucu vasitələrin istifadə olunub-olunmamasına. Əgər insanlar qorunmaq istəyirlərsə hər kəsə çəkinmədən, utanmadan dostcasına, qardaşcasına, bacıcasına necə deyərlər marifləndirmə işlərini aparmalıdırlar. Eyni zamanda biz məlumat da veririk ki, qaydalara, qadağalara riayət olunmama halları olanda bizi də dəstəyə, köməyə çağırsınlar ki, biz də gəlib orada müəyyən maarifləndirmə işləri aparaq.

Mən düşünürəm ki, insanlar gərək ruhdan düşməsin, hər zaman xəstəliklər olubdur illər öncə də. Əvvəllər də hansısa xəstəliklər olub. Amma səbrlə, təmkinlə özlərini qorumaqla bunun öhdəsindən gəlinib və qoruyucu vasitələrdən istifadə edərək biz buna qalib gələcəyik", deyə İradə Rzazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...