Mətbuat Şurasında Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş “dəyirmi masa” keçiriləcək

Mətbuat Şurasında Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş “dəyirmi masa” keçiriləcək

Azərbaycan Mətbuat Şurası YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsi ilə birgə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "dəyirmi masa" keçirəcək. Tədbir sabah saat 12.00-da Mətbuat Şurasında baş tutacaq.

Şuradan SİA-ya veriləcək xəbərə görə, "Dəyirmi masa"da təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmsilçiləri, media ekspertləri və ziyalılar iştirakı nəzərdə tutulur.

Toplantıda Azərbaycanda söz və mətbuat azadlığı sahəsində hazırkı duruma nəzər salınacaq, mövcud istiqamətdə həyata keçirilən işlər təhlil olunacaq, problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadilələri aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə