Azərbaycan Prezidenti bütün dünyanın təəssübkeşidir TƏHLİL

Azərbaycan dövləti koronavirusla mübarizədə dönməzliyi və təmkinliliyi, daha çox ardıcıllığı və strateji xarakteri ilə diqqəti cəlb edir. Özü də bütün dünyanın diqqətini. Ölkə başçısı, Cənab Prezident İlham Əliyev proseslərin önündə gedən liderdir və bu mövzuya həsr olunan qlobal müstəvidə təşkil olunan videokonfransların təşəbbüskarı kimi də təkcə Azərbaycan vətəndaşının, Azərbaycan cəmiyyətinin deyil, bütün dünya ictimaiyyətinin rəğbətini qazanıb.

Hələ ötən ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnə bilən yeni virus infeksiyasının baş qaldırması barədə xəbərlər gəlməyə başlayan andan Cənab Prezidentin müvafiq tibbi-profilaktik tədbirlər görülməsi, lazımi diaqnostik və müalicəvi ləvazimatların alınması üçün müvafiq göstərişlər verməsini də xatırlayırıq. Fevral ayının sonlarından başlayaraq qonşu, daha sonra digər dövlətlərlə sərhəd-gömrük rejiminin epidemiya əleyhinə tədbirlər səviyyəsinə keçirilməsi, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və karantin rejimində saxlanılası kimi təcili tədbirlər görülməsi barədə ölkə başçısının tapşırıqları da hər kəsin yaddaşındadır. Prosesin inkişaf istiqamətini düzgün müəyyən edən Azərbaycan Prezidenti bir çox mədəni-kütləvi tədbirlərin, şənliklərin, yığıncaqların belə dayandırılması barədə vaxtında və çox düzgün qərar qəbul etdi. Bu tədbirlər əslində ölkə başçısının bir növ, yumşaq karantin rejiminə keçid syasəti idi.
Cənab Prezidentin sonrakı qərarlarının da reallığa tam adekvat və prosesləri qabaqlayıcı xarakter daşıdığının hər bir Azərbaycan vətəndaşı şahidi oldu. İstər koronavirusla mübarizənin kompleks və bir mərkəzdən idarə edilməsi məqsədi ilə baş nazirin rəhbərliyi ilə Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması olsun, istər pandemiyanın sosial-iqrisadi fəsadlarının azaldılması və postpandemiya dövrünə hazırlıq məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən vəsaitlərin ayrılması və daha sonra bu vəsaitlərin bir qədər də artırılması olsun, istər ölkə daxilində dezinfeksiya edici vasitələrin və tibbi maska istehsalının təşkil edilməsi olsun, istər modul tipli xəstəxanaların açılışı və mövcud xəstəxanalarda müvafik şəraitin və təchizatın təmin edilməsi olsun, istərsə də Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar ilə sıx əlaqələrin yaradılması və pandemiya ilə mübarizəyə Azərbaycan dövlətinin dəstəyi, bu mövzuda beynəlxalq səviyyəli videokonfransların təşkili olsun, bütün bunlar koronavirusla mübarizədə dövlətimizin, dövlət başçımızın öncül, təşkilatçı və lider qismində olduğunu təsdiqləyir.
Cənab Prezidentin 19 mart 2020-ci il tarixdə imzaladığı Koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi həyatına mənfi təsirlərinin azaldılmasını və postpandemiya dövrünün inkişaf perspektivlərini nəzərdə tutan "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamın da əhəmiyyəti danılmazdır. Unutmaq lazım deyil ki, işsiz qalmış, sosial vəziyyəti zəifləmiş, qazancı azalmış, bəzi hallarda isə müvəqqəti də olsa qazancdan məhrum olmuş insanların köməyinə, yalnız deyinməkdən, qusur axtarmaqdan, şər və böhtanla məşğul olmaqdan, bir çox hallarda xəyənət etməkdən başqa əlindən heç bir iş gəlməyən radikal müxalifət deyil, yenə də dövlət gəlir. Dövlətin sosial müdafiə tədbirlərinin nə qədər vaxtında və ünvanlı olduğu göz qabağındadır və böhran dövründə vətəndaş özünü məhz dövlətə arxalanaraq, hökumətə, Cənab prezidentə sığınaraq güvəncli hiss edir.
Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da daxili siyasətində vətəndaşlarının sosial müdafiəsini və sosial rifahını prioritet istiqamət kimi müəyyən etdiyini, xalqın yanında olduğunu oz əməli fəaliyyəti ilə bir daha isbatladı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlərinin azaldılması məqsədi ilə 10 mart 2020- il tarixli sərəncamının icrası olaraq Nazirlər Kabinetinin hazırladığı tədbirlər planı da deyilənləri təsdiqləyir. Tədbirlər planında nəzərdə tutulan maliyyə-iqtisadi tənzimləmə tədbirləri ilə yanaşı hökumət məşğulluq və sosial müdafiə tədbirlərinə də ciddi önəm verdiyi bir daha öz təsdiqini tapdı.
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri də Cənab Prezidentin bu sahədə beynəlxalq əməkdaşlığa ciddi önəm verməsi, mövcud beynəlxalq təcrübənin, xüsusi ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alaraq, bu qlobal problemlə mübarizə strategiyasını müəyyən etməsidir. Bu ilin əvvəllərində, daha dəqiq desək, 9-13 mart tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssislərindən ibarət heyətin ölkəmizdə səfərdə olması, onların ölkəmizdəki vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət verməsi təsdiq edir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Heç kimə sirr deyil ki, sözügedən təşkilat Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirmişdir.
Ölkə başçısı COVİD 19 deyilən bəlanın global təhlükə olduğuni və bu bəlaya, bu təhlükəyə qlobal cavab tələb edildiyini çox dogru olaraq hər zaman vurğulayır. Heç də təsadüfi deyildir ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə koronavirusun müzakirəsi istiqamətində dünya miqyaslı, qlobal videokonfranslar təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun pandemiya ilə mübarizədə Azərbaycanın uğurlarını qeyd etməsi, ölkəmizin dünya birliyinə töhfəsini yüksək qiymətləndirməsi özü də təsadüfi deyil. Ölkə başçısının təşəbbüsü ilə reallaşdırılan videokonfranslar təsdiq edir ki, bütün çətin anlarda Azərbaycan Prezidenti öz birləşdirici və səfərbər edici təşəbbüsü ilə öndədir və təkcə öz xalqının deyil, bütün dünyanın, dünya xalqlarının və insanlığın təəssübkeşidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...