“Ermənistan parlamentində koronavirusla bağlı vəziyyət pisləşir” “Hraparak” qəzeti yazır

Ermənistan parlamentində koronavirusla bağlı vəziyyət hər gün daha da pisləşir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

"Mənim addımım" fraksiyasında, virusa yoluxan deputatların parlamment sısverməsində iştirak etmədiyinə hamını inandırmaq istiqamətində dayanmadan işləyirlər. İndi əsas vəzifə xəstə deputatların iclasda olmadıqları barədə hər kəsi inandırmaq, yazılı şəkildə hesabat vermələrini təmin edən "Milli Məclisin İş qaydaları" qanununa dəyişiklik etməkdir.

“Konstitusiya Məhkəməsi hakimlərinin seçilməməsi üçün daha bir fövqəladə iclas çağırılır. Ermənistan hakimiyyəti, Konstitusiya Məhkəməsinin sona çatması üçün iki ay müddətini qanuniləşdirərək təmin edirlər. Bu hakimiyyət düşünür ki, qanuna düzəliş etdikdən sonra kim istəyir, nə qədər istəyir yoluxsun və yetərli səs əldə etmək üçün evdən məktub göndərib lazımi səsləri qazanacaqlar", deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...