Azərbaycanda daha 556 nəfər virusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda daha 556 nəfər virusa yoluxub, 7 nəfər vəfat edib

"Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb". SİA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, daha 7 nəfər bu virusdan dünyasını dəyişib.

Qeud edilib ki, ümumi virusa yoluxanların sayı 17524-ə çatıb. Bu gün sağalan şəxslərin sayı 346, ümumi sağalanların sayı 9715-dir. Bu gün 6645 test həyta keçirilib. Ümumi test sayı 482 170-ə çatıb. Bu gün 7 nəfər virusdan həyatını itirib. Ümumi virusdan vəfat edənlərinsayı 213-dür.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə