“Prezidentin çağırışları, əməlləri yaddaşlarda yaşayacaqdır” ÖZƏL-MÜNASİBƏT

“Prezidentin çağırışları, əməlləri yaddaşlarda yaşayacaqdır” ÖZƏL-MÜNASİBƏT

Dünyada tanınmaq, hörmət qazanmaq, söz sahibi olmaq və yeri gələndə bəşəriyyətin taleyi naminə bəşəriyyəti bir yerə toplamaq, təkliflər vermək, yol göstərmək hər hər bir siyasi rəhbərə nəsib olmur. Bu sözləri SİA-ya verdiyi açıqlamada Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu imkanları, səlahiyyətləri məhz öz bacarığı, himanizmi, bəşəri dəyərlərə sadiqliyi, baş verən hadisələrə çevik münasibəti və uzaqgörənliyi sayəsində qazanıb.

“Dünyanı çətin vəziyyətə salan pandemiyaya qarşı mübarizədə ölkəmizin rəhbərinin uzaqgörənliyi, insanlığa münasibəti bir daha özünü göstərdi. Cənab İlham Əliyev Türk Şurasının, Qoşulmama Hərəkatının, Təmas Qrupunun videokonfrans vasitəsilə zirvə görüşlərindən sonra pandemiyaya qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130 ölkəsi tərəfindən dəstəklənməsi Prezidentimizin beynəlxalq aləmdəki nüfusinin, siyasi yetkinliyinin, insana, cəmiyyətə olan doğma qayğı və diqqətinin nəticəsidir. Bu bəşəri bir təşəbbüsdür. Kiçik bir dövlətin böyük rəhbərinin dünya xalqlarına, insanların sağlamlığına, xoşbəxtliyinə inamının, sədaqətinin göstəricisidir. Bu həm də dünya dövlətlərini çətin gündə birgə mübarizəyə, həmrəyliyə, insanların taleyi üçün məsuliyyətə bir çağırışdır. Cənab İlham Əliyev əvvəl keçirilən hər iki zirvə görüşündə məhz bu mövqedən, xalqların sağlamlığı, təhlükəsizliyi uğrunda birgə mübarizə aparmaq mövqeyindən çıxış edərək dünyanın bütün rəhbərlərini koronavirusa qarşı mübarizədə həmrəyliyə səsləmişdir. Bu əlbəttə ki, dünya xalqları, xəstəlikdən əziyyət çəkən, onun ağırlıqlarını, çətinliklərini duyan hər bir kəs tərəfindən böyük rəğbətlə qarşılanmış, rəhbərimizə ümumxalq məhəbbəti qazandırmışdır. Birləşmiş Millətlər Təşkilatına müraciət isə daha geniş miqyaslıdır və təşəbbüsün dünyanın əksər ölkələrindən dəstək alması, bir çox beynəlxalq və humanitar təşkilatlar, siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilməsi həm bəşəriyyət, həm də dövlətimiz üçün çox əhəmiyyətlidir. Bu bir tarixdir. Azərbaycan Prezidentinin, xalqımızın insanlığa münasibətinin nümunəsidir. Çünki, bu təşəbbüs, bu xeyirxahlıq, bu qayğı və diqqət yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya xalqları, dövlətləri üçündür. Hər bir insanın sağlamlığı üçün vacib və gərəklidir. Əlbəttə, bu gün bəşəriyyət belə xeyirxah təşəbbüslərə çox möhtacdır və hər bir siyasi rəhbərdən insanlıq naminə bu mübarizə arzusundadır. Bu baxımdan Cənab İlham Əliyevin çağırışları, əməlləri, həyata keçirdiyi tədbirlər, elə bilirəm ki, uzun illər insanları düşündürəcək və yaddaşlarda yaşayacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə