“Aİ-nin Ermənistandakı səfiri niyə susur?” Hayk Mamicanyan

Bu gün Ermənistan Respublikaçılar Partiyasının gənclər qanadının 100 fəalı, təkcə Aİ-nin Ermənistandakı nümayəndə heyətinə deyil, həm də ATƏT-in iştirakçı dövlətlərinin Ermənistandakı bütün səfirliklərinə və BMT-yə məktub göndərib. SİA Erənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının gənclər qanadının rəhbəri Hayk Mamicanyan bu gün jurnalistlərə müsahibəsində deyib.

O, qeyd edib ki, Məktubun məzmununda Konstitusiya Məhkəməsi və demokratiya ətrafında baş verənlər təsvir edilir.
"Niyə biz Aİ nümayəndə heyəti ilə başladıq? Çünki qərəzli çıxışı ilə, bəzən qərəzli bir sükutla xanım səfir belə təsəvvür yaradır ki, guya Avropa təşkilatları bu məsələlərdə susur. Venesiya Komissiyası, Avropa Şurası və digərləri bu yolverilməzliyə dair fikirlərini bildiriblər", deyə Hayk Mamicanyan bildirib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi bu cür hərəkətlərin baş verməməsi üçün uzadılır, lakin bütün qaydalara əməl edilir. Tutulmaqdan da, həbs edilməkdən də narahat deyillər.
"Mövcud hakimiyyət istər daxili, istərsə də beynəlxalq platformalarda bir şey edə bilmədiklərini başa düşmələri üçün belə hərəkətlər edirik və başa düşəcəklər ki, hər şey onlara icazə verilmir", deyə o bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...