Sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı 25127-yə çatıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, 24 saat ərzində 11 xəstə ölüb.

Məlumatlarda qeyd olunur ki, iyunun 29-da Ermənistanda koronavirus infeksiyası hallarının sayı 482 artıb. Həmçinin bildirilir ki, bu xəstəliyə yoluxanlar arasında 11 nəfər həyatını itirib.
Xatırladaq ki, bu vaxta qədər Ermənistanda koronavirus xəstəliyi səbəbindən ölənlərin sayı 433 nəfərdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə