“Ermənistanda hakimiyyət faktiki olaraq mənimsənilir” Mher Saakyan

“Ermənistanda hakimiyyət faktiki olaraq mənimsənilir” Mher Saakyan

Ermənistanda konstitusiya quruluşu bərpa olunmalıdır və hakimiyyət faktiki olaraq mənimsənilir, siyasi hakimiyyət şəxsi maraqları qrup mənafelərindən üstün tutur. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsi qarşısında jurnalistlərə verdiyi müsahibədə "Daşnaksütyun" partiyasının dövlət orqanı yanında Dövlət Hüquq Komitəsinin sədri Mher Saakyan deyib.

"Bu proses bir gün daha tez dayandırılmalıdır", deyə Mher Saakyan etirazını bildirib.

Gənclər Birliyinin Mərkəzi İdarə Heyətinin üzvü Lusine Karamyan isə, öz növbəsində, ötən gün keçirilən parlament səsverməsinin hakimiyyət tərəfindən qanunsuz hərəkətlərin kulminasiya nöqtəsi olduğunu vurğulayıb.
"Bütün bunlar hüquqi məntiqdən kənardır", deyə Lusine Karamyan bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında aksiya keçirilib və polisin çağırışlarından sonra aksiya iştirakçıları Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısındakı ərazini tərk ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə