“Problemlər hər istiqamətdə dərinləşəcək və pisləşəcək“ Pashinyan
Anti-epidemioloji qaydalara əməl etmədiyi üçün dünən Erm’nistanda inzibati xətalar haqqında 1007 protokol tərtib edilib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumata istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumətinin iclasında, polis rəisi Vahe Kazaryan xəbər verib.
Onun sözlərinə görə, polis əməkdaşları 397 mikroavtobusda yoxlama aparıblar.
"Əsasən həyətlərdə problemlər var və buna görə də həyətlərdə xidmət gücləndiriləcək", deyə polis rəisi bəyan edib.
Baş nazir Nikol Paşinyan həyətlərdəki axşam yoxlamalarına xüsusi diqqət yetirilməli olduğunu söyləyib. O, yenidən vətəndaşları anti-epidemioloji qaydalara riayət etməyə çağırıb və etiraf edib ki, əks təqdirdə problemlər bütün istiqamətlərdə dərinləşəcək, kəskinləşəcək və pisləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB