Üsamə ben Ladenin ölümünə ilk reaksiyalar

Üsamə ben Ladenin ölümünə ilk reaksiyalar

"Əl-Qaidə" liderinin ABŞ hərbi qüvvələri tərəfindən öldürülməsi ilə bağlı xəbərlərin yayılmasından sonra ilk reaksiyalar gəlməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fələstin Müxtariyyətinin sözçüsü Hassan Hatib Ladenin öldürülməsinin dünyada sülh üçün müsbət olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Ben Ladenin tərəfdarları tərəfindən həyata keçiriləcək terror aktlarının da öhdəsindən gəlinməlidir.

 

Əfqanıstan prezidenti Həmid Kərzai terror təşkilatı "Əl-Qaidə" liderinin öldürülməsindən sonra Talibana "silahı yerə qoyun" çağırışı edib. Ladenin öldürülməsini "əhəmiyyətli xəbər" olaraq xarakterizə edən Kərzai bildirib ki, Taliban bundan bir dərs almalı və silahı yerə qoymalıdır. Türkiyə prezidenti Abdulla Gül "dünyanın ən təhlükəli və təcrübəli terrorçunun bu şəkildə ələ keçirilməsi hər kəsə ibrət olmalıdır. Hadisəni böyük məmnuniyyətlə qarşılayıram", söyləyib.

 

"Əl-Qaidə" liderinin öldürülməsi xəbərindən sonra ABŞ-ın paytaxtı Vaşinqtonla yanaşı Nyu-Yorkda da minlərlə adam küçələrə çıxaraq hadisəni sevinclə qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə