Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanlarının vaxtı açıqlanıb
Respublika Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu aprelin 29-da başa çatıb.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı 454 namizəd sənədlərini təqdim edib. Həmin şəxslər mayın 18-də test imtahanı verəcəklər. İmtahanlar mayın 18-də saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək. (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).
İmtahanda iştirak edəcək namizədlərə bildirilir ki, onlar mayın 11-dən etibarən sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə, test imtahanlarının suallar toplusunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binada (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 17) əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB