“Xoş günlər üçün bu virusa qarşı birgə mübarizə aparmalıyıq” ÖZƏL-MÜNASİBƏT

“Xoş günlər üçün bu virusa qarşı birgə mübarizə aparmalıyıq” ÖZƏL-MÜNASİBƏT

Bildiyimiz kimi fevral ayından bütün dünyanı cənginə almış bir virus bütün sahələrə öz mənfi təsirini göstərmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilat sədrinin sözlərinə görə, ilk olaraq bütün vətəndaşları əlbəttə ki, iqtisadi durum narahat edir.
“Bu gün iş yerlərinin bağlanması insanların işləməməsi böyük problem kimi görünür. Yalnız vətəndaşlar bunu düşünməlidirlər ki, pandemiyanın miqyası ölkəmizdə çoxalsa, işləməyin, qazanılan pulun heç bir əhəmiyyəti olmayacaq. Gələcək xoş günlər üçün bu gün birlikdə bu virusa qarşı mübarizə aparmalıyıq. Bilirsiniz, bütün vətəndaşlar üçün demirəm, lakin qərarlara məsuliyyətsiz yanaşan vətəndaşlarımız çoxdur. İnanırsız, karantin zamanı icazə saatlarından artıq evdən çıxaraq şəhərdə gəzməklərini qəhrəmanlıq kimi danışanlar var. Yəni, hər bir vətəndaş bu çətin dönəmdə öz üzərinə düşən tək bir işi həyata keçirməlidir, bu da məsuliyyətli olmaq. Dünyada gedən prosesləri izləyirik, oxuyuruq, hər bir dövlət bu pandemiya ilə mübarizə üçün müxtəlif tədbirlər görür. Dünyanın bir çox ölkələri Beynəlxaq Maliyyə İnstitutlarından borc alaraq öz iqtisadi durumlarını düzəltməyə çalışdıqları bir vəziyyətdə Azərbaycan dövlətinin sosial məsuliyyət prinsipi çərçivəsində həssas qrupdan olan ailələrə dəstək göstərməsi, onlara bəlli miqdarda maliyyə yardımının etməsi, 20.000 dən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, kiçik və orta sahibkarların yaranmış vəziyyətdən doğan maliyyə itkilərinin qismən də olsa kompensasiya edilməsi yalnız təqdir olunmalıdır. Bu pandemiya böyük və iqtisasi cəhətdən güclü dövlətlərdə belə dərin mənfi fəsadlar yaratdığı bir dönəmdə düşünürəm ki, vətəndaşlarımız məsələyə daha məsuliyyətlə yanaşmalı, Evdəqal çağrışlarına riayət edərək vətəndaşlıq mövqelərini nümayiş etdirməlidirlər. İnanıram ki, bu günlərin ömrü az olacaq və bu mübarizə və mücadilədə dövlətimiz alnıaçıq və qalıb kimi çıxacaq. Mən xalqımıza sağlam olmağı, özlərini və çərçivələrini qorumağı arzu edirəm”, deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə