Hormonal dərman Paşinyanın siyasi xilasına hesablanıb? ANALİTİK

Hormonal dərman Paşinyanın siyasi xilasına hesablanıb? ANALİTİK

Erməni baş nazir dektametazonun istifadəsindən şəxsi məqsədləri üçün yararlanmağa çalışır, ictimia rəy isə ona siyasi hormanlarını müalicə etməyi tövsiyə edir

Ermənistanda koronavirus pandemiyasının çoxsaylı canlar almasına və yoluxma hallarının sürətlə artmasına görə, baş nazir Nikol Paşinyan istər siyasi dairələr, istərsə də xalq tərəfindən ardıcıl şəkildə hədəfə alınmaqdadır. Onsuz da siyasi böhrandan çıxmağı bacarmayan, artıq diktatorluq rejimi vasitəsi ilə ölkəni və hakimiyyətini əlində saxlamağa çalışan Paşinyan bir tərəfdən də koronavirusun vurduğu ağır zərbələrdən göz açmağa macal tapmır. Onun ölkəyə Fransadan, Rusiyadan həkim briqadaları gətirməsi də belə deməyə əsas verir ki, səhiyyəsi sıfır həddinə düşən Ermənistan artıq xarici ölkələrin ümidinə ayaqda qalmaq üçün çabalar verir. Bir müddət əvvəl isə, erməni baş nazir COVID-in Ermənistanı cəhənnəmə aparmasını etiraf etmişdi ki, bu da onun acizliyi ilə əlaqələndirilmişdi.

Guya xalqının "dərdinə yandığını" sərgiləyən baş nazir “xahiş” edib ki, heç kim özünümüalicə ilə məşğul olmasın və s.

Xüsusilə, bloger baş nazir kimi ələ salınan Nikolun demək olar ki, hər gün Facebook-da canlı yayımlara çıxması və bu vasitə ilə də hakimiyyətini “demokratik”, “şəffaf” kimi zorla ictimai rəyə sırıması da diqqətlərdən yayınmır. Bu dəfə onun Ermənistana dəvət etdiyi fransız həkimlərin əməyindən siyasi məqsədləri üçün istifadə etməsi növbəti narazılıqlara səbəb olub. Belə ki, Paşinyan öz statusunda yazıb: “Yaxşı xəbər var: Dektametazon perparatı artıq Ermənistanda istifadə edilir. Dərman koronavirus müalicəsində kömək edir. Bu barədə həkim qrupunun rəhbəri Aleksandr Minyon keçirdiyi brifinqdə deyib”. O, qeyd edib ki, dektametazon hormonal dərman perparatıdır və onu yalnız həkimlərin reseptləri ilə alıb-istifadə etmək olar. Guya xalqının dərdinə yanmasını sərgiləyən baş nazir “xahiş” edib ki, heç kim özünümüalicə ilə məşğul olmasın və s.

Ciddi effekti yoxuymuş...

Maraqlıdır ki, bu fikirlərdən sonra ermənilərin tanınmış siyasiləri və sadə xalq onu ələ salmağa, hormonal dərmanlardan istifadə edərək, hakimiyyət sükanını əlində saxlamağa cəhd etdiyini bildiriblər. Həmçinin, bir sıra erməni həkimləri tərəfindən o da iddia olunub ki, adıçəkilən dərmanın effekti yoxdur və koronavirusla mübarizədə ciddi təsirlərə malik deyil. Onlar Nikolu yalan danışmamağa, vəziyyətdən sui-istifadə edərək, hadisələri öz xeyrinə yazmamağa, şişirtməməyə səsləyiblər. Eyni zamanda, ona yazılmış sosial şəbəkə rəylərində erməni Paşinyanın yaxşı olardı ki, siyasi hormanlarını bərpa etməyi tövsiyə olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə