Yaxud, mövqeyi bəlli olmayan "ağ partiyaçının" uğursuz vəzifəpərəstlik manipulyasiyası
Müxalifət cameəsində pis-yaxşı fəaliyyət göstərən bir sıra şəxslər var ki, onların mövqelərinin nədən ibarət olması da kimsəyə sirr deyil. Yəni radikalın radikal müxaliətçi, konstruktivin isə konstruktiv müxlaifətçi kimi tanınmaları həmin şəxslərin necə deyərlər, hansı “məzhəbə” qulluq etmələrini də açıq-aydın sərgiləməkdədir. Lakin elələri də var ki, onların qulluq etdikləri “məzhəb” ümumiyyətlə məlum deyil. Məsələn, götürək “Ağ Partiya” adlı siyasi təşkilat yaradıb, özünü həmin təşkilata sədr seçən Tural Abbaslını. Həmin T.Abbaslını ki, anasının hesabına bir neçə il Müsavatda vaxtını “öldürüb”, sonra da həmin partiyanın üzünə və rəhbərliyinə ağ oldu. Nədi-nədi, bir neçə il müsavatçı gənclərə sədrlik etdi və birdən ağlına gəldi ki, bəs niyə də o partiyanın başqanı olmasın?
“Ağ Partiya” adlı təşkilatın ağappaq sədri...
Görünür, şou-biznesin ulduz xəstəliyi artıq siyasi müxalifətin çevrəsinə də əməlli-başlı sirayət edib və nəticədə T.Abbaslı da bu xəstəliyə mübtəla olub. Olub ki, Müsavatın qurultayında başqanlıq namizədliyini irəli sürməklə partiyanın ali kreslosuna sahib çıxmaq istədi. Amma...
Amma nə hərbi xidmət keçmiş, nə ali məktəb bitirmiş bir şəxsin bu qədər iddia ortaya qoyması ona baha başa oyurdu. Etiraf edək ki, Müsavatın başqanlığına namizədliklərini irəli sürmüş o zamankı şəxsləri bir çoxunun yanında cılız, heç bir siyasi uğuru olmayan kimi görünən T.Abbaslının başqan olmayacağı bəri başdan görünməkdəydi. Ancaq o nədənsə mübtəla olduğu ulduz xəstəliyinə güvənərək, başqanlıq ambisiyalarından əl çəkməməklə yanaşı, üstəlik ona siyasət yolunda az-çox dərs keçənlərin üzlərinə belə ağ oldu..! Nəticədə istefa verərək, ağolmalarının təsirindən özünə “Ağ Partiya” adlı təşkilat da yaratdı və oldu bu təşkilatın ağappaq sədri...
Əvvəlcə hərbi xidmətə get, ali savad əldə et, sonra...
Artıq bir neçə ildir ki, özünü müxalfətin “aparıcı partiyasının sədri” kimi təqdim edən, daha dəqiq desək, buna cəhd göstərən T.Abbaslının ambisiyaları hələ də bitib-tükənmək bilmir. Uşaqlığının keçdiyi partiyanın və partiya rəhbərliyinin üzünə durub oranı tərk edən, buna görə hakimiyyətdən pay alacağını düşünən T.Abbaslı əslində bu gedişində də ciddi şəkildə yanıldı və məğlub oldu. Hakimiyyət kimsəyə vəzifəni pay vermir, vəzifəni əməli fəaliyyətlə, doğruluq və dürüstlüklə, əqidə və sədaqətliklə əldə etmək lazımdır. Habelə, bütün bu üstün faktorları əldə etmək üçün T.Abbaslının məhz YAP-dan öyrənəcəyi çox şeyləri var. Kimsəyə lazım olmayan iddialarını, lüzumsuz və ucuz düşüncələrini bir kənara qoyub özünü sındırmağı, ulduz və vəzifə xəstəliyindən əl çəkməyi bacararsa, onda reallıqları açıq gözlə görməyə müvəffəq olar. Sadəcə...
Sadəcə, bayaq da qeyd etdiyimiz kimi, Vətəninin müdafiəsi üçün hərbi xidmətə yollanmayan, ali təhsili olmayan birinin bu qədər vəzifə hərisliyinə düçarlığı həqiqətən də anlaşılmazdır. Hətta o qədər anlaşılmazdır ki, özü qalsın bir yana, hətta hakimiyyətdəki siyasi yetkin şəxslərə belə dil uzadıb, “mən də varam” prinsipi ilə ortada atılıb-düşməsi növbəti sualları yaradır.
Amma bacararsanmı..? Çətin..!
Misal üçün sual oluna bilər ki, sən hələ “Ağ Partiya”na doğru-dürüst sahib ola bilmirsənsə, ətrafındakı beş-on nəfərə sözünü çatdırmaq imkanından yararlanmağı bacarmırsansa, hansı vəzifə xülyalarına can atırsan ki..? Bu gün hakim partiya olaraq YAP-ın sıralarında bu ölkənin müstəqilliyi, təhlükəsizliyi, qorunub-saxlanılması, müdafiəsi, inkişafı və tərəqqisi üçün ömürlərini qoyanlar var ki, hətta onlar belə, gördükləri böyük işlərin qarşılığında nə vəzifə, nə də yüksək postlara iddia edirlər. O zaman sənə nə gəlib ay Tural? Gecələr yatanda belə, “vəzifə-vəzifə” sayıqlamalarınla yaxın ətrafının başını-gözünü ağrıtmaqla məşğulsan. Adama deyərlər ki, sən hələ get düz-əməlli hərbi xidmətini keç, normal ali təhsilini qazan, həyatın neçə bucaqdan ibarət olduğunu öyrən (!) və sonra hakimiyyətin yüksək eşalonlarında canla-başla xidmət edən şəxsiyyətlərin fəaliyyətlərini araşdır. Yoxsa nə var ki, ana qayğısı altında dırnaqarası siyasətçi statusunu qazanmağa, nə var ki, “ana uşağı” olaraq utopik xəyallara dalıb vəzifə hərisliyi ilə alışıb-yanmağa, yaxud paxıllıq çəkməyə!
Yaxşısı budur, insanların üzlərinə ağ olub “Ağ Partiya” adı altında ağetmə manipulyasiyaları etməkdənsə, müstəqil Azərbaycanın müasir tarixini öyrən və bacarsan imtahan ver. Bəlkə bundan sonra siyasi həyatının illər boyu ilk kiçik addımlarını atmağı bacararsan. Amma bacararsanmı..? Çətin..!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB