Venesiya komissiyası Ermənistanla bağlı bəyanat yaydı Konstitusiya böhranı
Venesiya komissiyasının 19 iyunda qəbul edilmiş və bu gün ictimailəşdirilmiş konsultativ fikri Ermənistanın Milli məclisi (parlamenti) və Konstitusiya məhkəməsi arasında konstitusiya böhranına səbəb olmuş problemi həll etmək imkanı verir. SİA aysor.am-a istinadən xəbər verir ki, bunu bu gün Avropa Şurasının baş katibi Mariya Peyçinovuç-Buriç bəyan edib.
“Venesiya komissiyasının fikri konstitusiyaya dəyişikliklər məsələsində Konstitusiya məhkəməsinin işinə yenidən baxılması çərçivəsindədir”, bildirilən bəyanatda o da qeyd olunur ki, komissiya eyni zamanda parlamentin referendum barədə qərarını dəyişməyə çağırır. Bundan əlavə, Venesiya komissiyası Konstitusiyanın 2015-ci ildəki vəziyyətini qəbul və qanuni hesab edir.
Avropa Şurasının katibi həmçinin qeyd edib ki, Venesiya komissiyası keçid dövrünü əhatə edən müvafiq qərardan təəssüf hissi keçirir.
“Mən hakimiyyəti konstitusiya böhranını aşmaq üçün Venesiya komissiyasının təklifləri ilə razılaşmağa və Konstitusiyanın Avropa Şurasının standartlarına cavab verən 2015-ci ildəki vəziyyətinə müdaxilə etməməyə çağırırıam”, deyə bəyanatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB