Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar. SİA-nın verdiyi məlumata görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb. Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.
Qeyd edək ki, dünən deputat Sahib Alıyev açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB