“Ginnes Rekordlar Kitabına” namizəd göstəriləcək dünyanın ən kök uşağı kimdir?

“Ginnes Rekordlar Kitabına” namizəd göstəriləcək dünyanın ən kök uşağı kimdir?
Dünyanın ən kök uşağı Amerikada yaşayır. Georgia Davis 15 yaşında olmasına baxmayaraq 210 kq çəkiyə malikdir. Həddindən artıq yemək yeyən Georgia 2 addımdan çox gəzə bilmir. Normal bir yataqda yata bilməyən və çox yediyi üçün məktəbdə bufetə girməsi qadağan edilən Georgia yemək vərdişini "Narkotik qəbul etmək kimi bir şey" hesab edir. Normalda 15 yaşlı uşaqların 2 min kalori qəbul etməli olduğu halda, Georgia 14 min kalori alır.

Kiçik qızın "15 yaşında dünyanın ən kök uşağı" olaraq "Ginnes Rekordlar Kitabına" namizəd göstəriləcəyi təxmin edilir. Georgianın gündəlik yemək menyusu 15 ədəd yumurta, 2 kilo pendir, 5 çörək, bütöv bir tort, 6 qab kartof qızartması, 7 ədəd sendviç və 4 litr sodadan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə