Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası əhaliyə verilən təbii qazın yeni tariflərini təsdiqləyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, qərar iyulun 19-da qüvvəyə minir.
Məlumatlarda qeyd olunur ki, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası böyük istehlakçılar və kənd təsərrüfatı sektoru üçün qazın qiymətini qaldırıb.
Belə ki, ayda 10 min kubmetrdən çox istifadə edən istehlakçı üçün Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası qiyməti 1 min kubmetr üçün 255 dollar səviyyəsində müəyyənləşdirib. "Qazprom Ermənistan" tarifin indiki 242,1 dollar əvəzinə 283,14 dollardan artırılmasını da təklif edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB