Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrordan iki il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrordan iki il ötür
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsindən iki il ötür. SİA-nın məlumatına görə, 30 aprel, 2009-cu ildə baş verən hadisədə 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralıların 3-ü xarici - ikisi Sudan, biri isə Suriya vətəndaşı olub.
Ölənlərdən 4-ü akademiyanın əməkdaşı 7-i isə tələbə olub.
İstintaq nəzəriyyəsinə əsasən, qətlləri törədən şəxs Gürcüstan vətəndaşı, Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olub. O hadisəni törətdikdən sonra özü-özünü güllələyib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə