Yaxud Gültəkin Hacıbəyli kimin "şinelindən"…
Rəzil qadın…

Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, "səbrli ol" deyirsən. Ancaq bir də görürüsən ki, dövlətinin, xalqınnı ünvanına elə bir sözlər, böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Xüsusilə də, son günlər sosial şəbəkələrdə “Milli Şuran”ın qeybətxana şousunda rəzil və mənəviyyatsız qadın olan Gültəkin Hacıbəylinin “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”,- deməsi və ona yaşına, "başına" hörmət etməyən "Milli Şura" deyilən əcinələr yuvasının sədri Cəmil Həsənlinin “Bu son hədd deyil də, yoxsa təbrik edərdim" deməsini cavabsız qoya bilməzdim.

Ancaq bu nankor və əxlaqsızlar bir şeyi unudurlar ki, hansı formada olursa-olsun xalqının qayğısına qalan və ən ağır anlarda belə daima xalqının qayğısını çəkən Azərbaycan Prezidenti həmişə öz vətəndaşının yanındadır. Və ermənidən betər olan Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər ikiüzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməniqulbeçləridir. Hər ikisinin xisləti nankorluq, satqınçılıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Ənənəvi əməllərini davam etdirmək üçün neyləməlidirlər? Böhtan, şər ataraq bu koronavirus əllərinə "göydəndüşmə" olduğundan «məharətlə yaralanmalıdırlar.

Bu yerdə G.Hacıbəylinin keçmiş qayınanasının dediyi sözləri xatırlatmaq istərdim: "O, mənəvi dəyərlərini itirməş əxlaqsız, sürüşkəndir…"

"Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"

Bəli, bunu da G.Hacıbəylinin keçmiş qayınanası deyir. Düz sözə nə deyəsən. G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, indi də həmin yolu getdiyini bildirib: "Bu o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanıda olar. Belələri ən ağır cəzaya məhkumdur".

Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Doğurdan da, qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə həya nə demək olduğunu belə anlamır. İndi də G.Hacıbəyli, guya xalqın "dərdinə yanır". Görününr, G.Hacıbəyli hələ çox havalanacaq, çünki o, Əli Kərimli kimi satqın şinelindən çıxmış rəzil, keçmiş qayınanasınnı dediyi kimi- əxlaqsız, satqın və cinayətkardır. Və ona görə də hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğurdan da bağrı çatlar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi klenti G.Hacıbəyli dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünəsən? Adamın yazığı gəlir. Bunu anlaya bilməzsən. G.Hacıbəylinin keçmiş qaynanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunnu şahidi olursan.

Beləliklə, sözümün canı ondadır ki, bu siyasətə qoşulan sosial şəbəkə quldurları heç əslində siyasətin nə demək oldduğunu belə anlamırlar. Çünki yollarını azıblar. Bax, elə bəla də bundan sonra başlayır. Qudrurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünki hər kəsə çox gözəl bəllidir ki, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə