"Tibb işçilərinin peşə bayramı bu il çox çətin dövrə təsadüf edib" ÖZƏL-MÖVQE
"Tibb işçilərinin peşə bayramı bu il çox çətin dövrə təsadüf edib. Hazırda onların bir çoxu karantin xəstəxanalarında ağ xalatı kombinezon-kamuflyajla əvəzləyiblər. Onlar başqalarının həyatını xilas etmək üçün öz həyatlarını təhlükə qarşısında qoyublar. Bu, böyük fədakarlıqdır". Bunu SİA-ya Jurnalist Araıdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
"Bu həssas günlərdə Uca Allahdan bizi qoruyanları qorumağı təvəqqe edirəm. Bu istidə koronavirusa yoluxmuş xəstələrin qulluğunda dayanmaq üçün hava keçirməz kombinezon-kamuflyaj geyinən vicdanlı həkimlərin, tibb bacılarının sayəsində minlərlə insan koronavirusdan sağalaraq, öz ailəsinə, əzizlərinə qovuşub. Hamımızın onlara minnət borcumuz var. Amma bu borcu ödəməyin yolu da var. Karantin qaydalarına maksimum əməl etməklə, maska taxmaqla, sosial məsafəni qorumaqla tibb işçilərinə kömək edə bilərik. Bu, həm də bizim özümüzün, əzizlərimizin sağlamlığı üçün vacibdir. Sonda tibb işçilərinə tezliklə hava keçirməz kombinezon-kamuflyajdan həmişəlik xilas olmağı arzu edirəm"-deyə, S.Verdizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB