"Bu müharibədə həkimlər ön cəbhədə vuruşurlar" ÖZƏL-MÜNASİBƏT

"Bu müharibədə həkimlər ön cəbhədə vuruşurlar" ÖZƏL-MÜNASİBƏT

“Əvvəlki illərdən fərqli olaraq, bu il 17 iyun səhiyyə işçilərinin peşə bayramı pandemiya şəraitində qeyd olunur. Koronovirusun yayılmağa başladığı andan ölkəmizin səhiyyə işçiləri səfərbər oldular və qısa zaman kəsiyində yeni aşkar olunmuş Covid-19 yayılmasının qarşısının alınması, xəstəliyə yoluxmuş insanların intensiv müalicəsi ilə məşğul oldular”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, haqlı olaraq koronovirus pandemiyasını insanlığa qarşı müharibə adlandırırlar və bu müharibədə həkimlər və səhiyyə işçiləri ön cəbhədə vuruşurlar: “Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman, koronovirusa yoluxaraq dünyasını dəyişən həkimlər və tibb işçiləri də vardır. Hesab edirəm ki, bilavasitə bu kateqoriyadan olan şəxslərə şəhid statusunun verilməsi doğru olardı.

Ümumiyyətlə həkimlərimizin pandemiya dövründə gördüyü işlər Respublika Prezidenti cənab İlham Əliyev və 1-ci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda cəmiyyət ən müxtəlif səviyyələrdə tibb işçilərimizin fəaliyyətinə öz hörmət və ehtiramlarını bildiriblər. Mən də bir daha ölkəmizin səhiyyə işçilərini təbrik edir, ən yaxın zamanda pandemiyaya qalib gəlmələrini arzulayıram”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə